Bakıda möhtəşəm Gül Bayramı keçiriləcək

Bu təravətli və füsünkar bahar günlərində Bakı şəhər İcar Hakimiyyəti tərəfindən Müstəqil Azərbaycan Dövlətinin banisi və qurucusu Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Gül Bayramı təşkil olunacaq.

Bakı şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata əsasən, bayram şənliyi mayın 10-da saat 11.00-dən 19.00-dək Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev Parkında keçiriləcək. Bununla yanaşı saat 21.00-da Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert və möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə