20 Sentyabr- separatizmin tabutuna vurulan son mismar

20 Sentyabr- separatizmin tabutuna vurulan son mismar

Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı uzun illər davam edən işğalçılıq siyasəti, beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozmuşdu. 30 ildən artıq müddət ərzində ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında saxlanılmış, şəhər və kəndlərimiz dağıdılmış, maddi-mədəni irsimiz məhv edilmiş, dini-ibadət yerlərimiz təhqir edilmiş,etnik təmizləmə siyasəti həyata keçirilmiş, tarixi və mənəvi irsimizə qarşı vandallıq akti törədilmişdir. Xocalı soyqırımı isə xalqımıza qarşı törədilmiş ən ağır, bağışlanması mümkün olmayan, bəşəri bir cinayət olmaqla, Azərbaycan tarixində dərin iz buraxmışdır.

2020-cil sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətli dövlət olaraq, hərbi gücünü və xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Ermənistanın növbəti təxribatlarına cavab olaraq, başlanan hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi. Ağdam, Laçın, Kəlbəcər isə razılaşmaya uyğun olaraq sonrakı mərhələdə döyüşsüz Azərbaycana qaytarıldı.

Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz hərbi gücü və siyasi iradəsi ilə təmin edərək,ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm tarixi nəticəyə nail oldu.

44 günlük Vətən müharibəsindən sonra da Ermənistan və Qarabağdakı separatçı ünsürlər bölgədə sabitliyin və sülh prosesini əngəlləməyə çalışır, qanunsuz silah-sursat daşınmasını davam etdirirdilər. Bu şəraitdə23 aprel 2023-cü ildə Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhəddində nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz suveren hüquqlarını təmin etməkdə qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. 19-20 sentyabr2023-cü il tarixlərində Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin və separatçı tör-tökuntülərinin qalıqlarının tərk-silah edilərək, ölkəmizin ərazisindən çıxarılması məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.Beləliklə, cəmi 24 saatdan da az müddətdə başa çatan antiterror tədbirlər nəticəsində, Ermənistan silahlı qüvvələrinin qalıqlarının çıxarılması və Qarabağda qeyri-qanuni fəaliyyət göstərən separatçı qurumun fəaliyyətinə faktiki son qoyuldu və ərazilərimiz üzərində tam dövlət suverenliyini bərpa edildi.

2020-ci ilin Sentyabr Zəfəri ilə başlayan proses 2023-cü ilin sentyabrında yeni mərhələyə keçdi. Qarabağda separatçı hərbi-siyasi strukturun mövcudluğu sona çatdı,Azərbaycan öz ərazisində tam dövlət nəzarətini təmin etdi. Bu mənada 19-20 sentyabr əməliyyatı Cənab Prezident İlham Əliyevin hərbivə diplomatik strategiyasınınbir-birinitamamlayan iki istiqamətinin yekun nəticələrindən biri kimi tarxə düşdü.

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan hadisələrdən biri də Dövlət Suverenliyi Gününün təsis edilməsidir. 20 Sentyabr xalqımızın tarixində milli iradənin, azadlıq uğrunda mübarizənin vətənpərvərliyin və dövlətçilik ənənələrininbərpasının rəmzi kimi özünəməxsus yer tutur.Dövlət Suverenliyinə nail olmaq hər bir xalq üçün ən böyük tarixi nailiyyətlərdən və ən ali milli məqsədlərdən biridir.Xalqın öz siyasi, mədəni, mənəvi irsinə və tarixinə sahib çıxması, müstəqil dövlət qurması, onu qoruması və inkişaf etdirməsionun böyük tarixi uğuru, üstünlüyüdür.Suverenlik dövlətçiliyin əsas və ayrılmaz atributlarından biridir

Həsən Qarayev

Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə