"Azərbaycan alban xristian irsinin beynəlxalq səviyyədə tanıdılmasına çalışır" - ŞƏRH EDİLDİ
"Ermənistanın siyasi mövqeyinə gəlincə, hesab edirəm ki, Ermənistan öz ərazisindəki alban irsini faktiki olaraq uzun illərdir mənimsəməyə çalışır. Bildiyiniz kimi, 1813 və 1828-ci illərdən sonra regionda baş verən siyasi dəyişikliklər fonunda alban xristian irsinin tədricən arxa plana keçirildiyini düşünürəm".
Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
_(2)_(1)_(1)_(1)_(2)_(1)_(1)_(1)_(1).jpg)
Media eksperti sözlərinə belə davam edib:
"Sonrakı mərhələdə albanlara aid olduğu hesab edilən bir sıra kilsələr erməni kilsəsi kimi təqdim olunmağa başladı və bunun əsasında ermənilərin bölgənin qədim sakinləri olması ilə bağlı yanaşmalar formalaşdırıldı.
Bu gün də Ermənistanın Azərbaycan ərazisindəki alban xristian abidələrini erməni irsi kimi təqdim etdiyini və bununla bağlı beynəlxalq ictimaiyyətə təbliğat apardığını düşünürəm. Mənim fikrimcə, burada əsas məsələ tarixi irsin siyasi məqsədlərlə fərqli təqdim edilməsidir.
Azərbaycan olaraq bizim üzərimizə düşən əsas vəzifə tarixi saxtalaşdırmadan, olduğu kimi təqdim etməkdir. Bizim tariximizi süni şəkildə qədimləşdirməyə və ya ona əlavə nələrsə uydurmağa ehtiyacımız yoxdur. Tarixi mənbələrə, faktlara və mövcud irs nümunələrinə əsaslanaraq həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir.
Düşünürəm ki, alban abidələri ilə bağlı gerçəklərin bundan sonrakı mərhələdə dünyada daha geniş tanıdılmasına ehtiyac var. Biz heç nəyi özümüzdən uydurmamalı və saxtalaşdırmamalıyıq. Sadəcə olaraq tarixi olduğu kimi təqdim etməli, alban xristian irsi ilə bağlı faktların daha geniş şəkildə araşdırılmasına və beynəlxalq səviyyədə tanıdılmasına çalışmalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB