Zelenski və Tramp tezliklə görüşəcəklər- AÇIQLAMA

Zelenski və Tramp tezliklə görüşəcəklər- AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenski və amerikalı həmkarı Donald Tramp telefon danışığı zamanı Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.

SİA-nın məlumatına görə, bunu Ukrayna lideri öz "Telegram" kanalında bildirib. "Bir qədər əvvəl Prezident Trampla danışdım. Mühüm söhbət oldu və bir çox məsələləri müzakirə etməyə vaxtımız çatdı. Nyu-Yorkda görüşmək barədə razılığa gəldik", - deyə Zelenski yazıb.

O vurğulayıb ki, görüş "çox şeyi dəyişə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə