“Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı bir çox qlobal məsələlərə, o cümlədən yeni geisiyasi proseslər fonunda reginda cızılan yeni trans-nəqliyyat layihələrinin əhəmiyyəti, Azərbaycan-Çin münasibətlərinin müasir vəziyyəti və s məsələlərə öz müdrik baxışlarını əks etdirdi. Cənab Prezident ilk növbədə, Azərbaycan və Çin əlaqələrinin müasir dinamikasına nəzərə salaraq ötən il iyulun 3-də Astanada imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”ni mühüm siyasi hadisə kimi qiymətləndirdi. Vurğulandığı kimi Bəyannamə Azərbaycan-Çin münasibətlərinin iqtisadi, siyasi, humanitar, ictimai, mədəni elm və digər sahələrdə uzunmüddətli əməkdaşlığına dərin yol açır. Birgə Bəyannamə həm də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) yer almasına və ŞƏT çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini təşviq edir ki, bu da Azərbaycanıln qlobal iqtisadiyyatda rolunu artıracaq”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Çin münasibətləri qarşılıqlı hörmət və yaxın dostluq prinsiplərinə əsasalanır: “Bu iki ölkə arasında qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə güclü zəmin yaradılmasında mühüm rol oynayıb. Cənab Prezident İlham Əliyev Çinə səfərləri, eləcə də, müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə görüşləri əlaqələri daha da inkişafına səbəb olub, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəngin töhfələr verib. BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləmiş, Qarabağ Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan etmişdir. Azərbaycanın isə “Vahid Çin” siyasətini dəstəkləyib.
Depuatat Çin və Azərbaycanın qlobal ticarətə töhfə verəcək ən mühüm layoihə olan Orta Dəhlizdəki fəaliyyətinin də mühüm əhəmiyyət daşıdığnı bildirib. Qeyd olunduğuna görə, Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verir. Bu isə bölgədə yeni coğrafi xəriənin cızır”.
Millət vəkili dövlət başçısının Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı suala münasibətini şərh edərək bildirib ki, Azərbaycan ÜTT-nin 19 üzvü ilə danışıqlar aparır: “Bundan başqa, bir sıra üzv dövlətlərdən daxil olan sualların cavablandırılması istiqamətində müvafiq işlər görülür. ÜTT-yə üzvlüyü çərçivəsində ikitərəfli danışıqlarda mal nomenklaturu üzrə idxal tarifləri və müxtəlif xidmət sektorları üzrə bazara çıxış məsələləri, çoxtərəfli danışıqlarda isə ticarət rejimi, o cümlədən, texniki tənzimləmə və s. məsələlər müzakirə olunur. Hazırda öz qanunvericiliyini ÜTT tələblərinə uyğunlaşdıran ölkəmiz 10-dan artıq hüquqi sənədi təkmilləşdirib, gömrük qanunvericiliyini tam optimallaşdırıb. Yeni qəbul edilmiş Rəqabət Məcəlləsi isə artıq Azərbaycanın ÜTT-yə üzv olmasını tam yaxınlaşdırıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə