"Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsini uzun illər ərzində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib".
Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
_(1)_(1).jpg)
Onun sözlərinə görə, bu məqsədlə 2004–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 75 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam qəbul edilib, Milli Məclis isə 11 qanun təsdiqləyib: "Qəbul edilən normativ-hüquqi aktlar məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, sosial təminatının gücləndirilməsinə, məşğulluğunun artırılmasına və dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsinə xidmət edib.
Bu istiqamətdə mühüm sənədlərdən biri Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” olub. Həmin proqram çərçivəsində ölkənin müxtəlif bölgələrində yeni qəsəbələr salınıb, minlərlə ailə çadır şəhərciklərindən və ağır şəraitli müvəqqəti məskunlaşma yerlərindən müasir yaşayış komplekslərinə köçürülüb. Eyni zamanda onların sosial rifahının yüksəldilməsi və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu tədbirlər dövlətin məcburi köçkünlərə göstərdiyi ardıcıl diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB