Malayziyada Azərbaycanın diaspor siyasəti və uğurları haqqında məlumat verilib - FOTOLAR
Malayziyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin milli birlik nazirinin müavini xanım senator Sarasvati Kandasami ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildirilib ki, nazir müavini bu səfəri iki ölkə arasında münasibətlərin artan xətt üzrə inkişafının göstəricisi kimi qiymətləndirib, Malayziya Birlik Nazirliyinin tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Fuad Muradov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyəti, xaricdə yaşayan soydaşlarımızın milli kimliklərini unutmaması üçün həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Malayziya Tərcümə və Kitab İnstitutunda (Malaysian Institute of Translation & Books) keçirilən görüşdə qurumun rəhbəri Nur Amin Əhməd Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Malayziyadakı səfirliyi ilə sıx əməkdaşlıqdan məmnun olduğunu bildirib. Bu günlərdə çapdan çıxan və Azərbaycan ədiblərinin əsərlərindən ibarət olan “Ürəkdə yazı” adlı kitabı üçtərəfli əməkdaşlığın səmərəli nəticəsi adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə