Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib

Azərbaycanın Baş naziri Əli Əsədov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İranın Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb. Bu barədə SİA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məktubda Ə.Əsədov İranın Birinci vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, İran xalqının kədərinə şərik çıxdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə