ADA Universitetində mətbuat brifinqi baş tutub - YENİLƏNİB - FOTOLAR

Bu gün 30 ölkəni təmsil edən 70-dək nüfuzlu ekspertlərin iştirakı ilə yüksəksəviyyəli konfransdan sonra mətbuat üçün brifinq keçirilib.

SİA xəbər verir ki, konfransda “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçıları, ekspertlər, media nümayəndələri iştirak ediblər.

Konfransda təmsil olunan 64 iştirakçı ekspert Prezident İlham Əliyevin çıxışı və "COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum haqqında təəssüratlarını bölüşüblər.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə