Milli Məclisdə Nuru Paşanın Bakıda adının əbədiləşdirilməsi təklif olunub

Bu il Bakının işğaldan azad olunmasında müstəsna xidmətləri olan Nuru Paşanın ölümünün 75, doğumunun 135-ci ildönümüdür. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, artıq Nuru Paşanın Bakıda adının əbədiləşdirilməsinin zamanı çatıb: “Onun Bakının yaxşı yerlərindən birində adı əbədiləşdirilsin, adına küçə verilsin”.

Bütün xəbərlər Facebook səhifəmizdə