Səbrlə gözlədin uzun illəri,
Sən kəsdin uzanan xain əlləri.
Apardın dalınca gənc nəsilləri
Halal olsun sənə, Heydərin oğlu!

Halaldır vətənin çörəyi sənə,
Göstərdin gücünü mənfur düşmənə.
Qaldırıb yumruğu düşmən üstünə,
Azadlıq gətirdin sən bu torpağa.

Türkün bayrağını uca tutubsan,
Həmişə, hər yerdə məğrur durubsan.
Qəhrəman atanın igid oğlusan,
Halal olsun sənə, Heydərin oğlu!

Fəxr edir səninlə bütün xalqımız,
Yerdə qalmayacaq axan qanımız.
Düşməndən qurtuldu Qarabağımız,
Halal olsun sənə, Heydərin oğlu!

Ölkəmiz azaddır, biz də Bəxtəvər,
Səninlə həmişə qürur duyaram.
Şanlı ordumuzdan ilham alıram,
Halal olsun sənə, Heydərin oğlu!

07.10.2020

Gələcəm

Ali baş komandan əmr etdi, Ana,
Gedirəm cəbhəyə, yığıldıq cana.
Vətən torpağını salıb səhmana,
Quldurun dərisin soyub gələcəm!
Düşməni Vətəndən qovub gələcəm!

Ordumuz güclüdür, şüphən olmasın,
Daha Anaların gözü dolmasın.
Həsrətdən heç kəsin rəngi solmasın,
Zalımın gözünü oyub gələcəm!
Düşməni Vətəndən qovub gələcəm!

And içirəm Mübarizin canına,
Polad generalımın axan qanına,
Vətənimin dağlarına, daşına,
Bayrağı Şuşaya sancıb gələcəm!
Düşməni Vətəndən qovub gələcəm!

Yandıraq qatili ürək yanınca,
Bugünü gözlədik illər boyunca,
İsa bulağından içib doyunca,
Əlimi, üzümü yuyub gələcəm!
Düşməni Vətəndən qovub gələcəm!

Yaşar qurban olsun qəhrəmanlara,
Torpağı yağıdan qurtaranlara,
Üzümü tuturam o düşmənlərə,
Sizi Cəbrayıl tək boğub gələcəm!
Düşməni Vətəndən qovub gələcəm!

07.10.2020

Bütün xəbərlər Facebook səhifəmizdə