Hollandiyanın baş naziri Avropa İttifaqına müraciət edib...

Hollandiyanın baş naziri Dik Şof ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı mallarına 30 faizlik gömrük rüsumları tətbiq etmək barədə bəyanatından sonra Avropa İttifaqı ölkələrini vahid və qətiyyətli olmağa çağırıb.

SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır.

Bir gün əvvəl Tramp bəyan etmişdi ki, Vaşinqton avqustun 1-dən Avropa Birliyi və Meksikadan gələn mallara 30 faizlik gömrük rüsumları tətbiq edəcək, eyni zamanda əvvəllər tətbiq edilən sektorlar üzrə tariflər qüvvədə qalacaq.

…ABŞ-ın Avropa İttifaqından idxal olunan mallara 30 faizlik rüsumlar tətbiq edəcəyini açıqlaması narahatlıq doğurur və irəliləyişə səbəb olmayacaq. Avropa Komissiyası bizim dəstəyimizə arxalana bilər. Avropa İttifaqı olaraq biz Birləşmiş Ştatlarla qarşılıqlı faydalı həll yolu tapmaq üçün vahid və qətiyyətli olmalıyıq.

Bunu Hollandiyanın baş naziri deyib.

Meksika Xarici İşlər Nazirliyinin nümayəndəsi öz növbəsində qeyd edib ki, respublika Amerikanın 30 faizlik tariflərini ədalətsiz hesab edir və vəziyyətin həlli istiqamətində fəaliyyətini davam etdirəcək.

…Bundan əvvəl AK prezidenti Ursula fon der Leyen avqustun 1-dək ABŞ ilə ticarət sazişi bağlamaq niyyətində olduğunu açıqlamışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə