DOKTOR ŞAHİN TAĞIYEV

Nəslimizin qaymağı, hamımızın istəklisi, əmioğlum Tahir Ələkbərliyə ithaf edirəm.

Yaşadığım uzun illər, gəl dərdləşək:
Mən deyim, sən eşit, sən de mən eşidim.
Məndən olsa nə yaşadım bu dünyada: 5 gün, 10 gün,
Sənsə, səsini atıb başına, hayqırma ki,
Eheey, yaşadığın bunca ildən sən bir diksin, sən bir səksən :
Bu il yetmiş-10 il sonra artıq səksən!
Həyatım qovöa həyat, həm bir nağıl, həm keşməkeş,
Nədi, nə qımışdın, nə irişdin "qoca" 70?!
Nə baxırsan sifətimə matdım -matdım ,
Maraqlıdı sənə bəyəm bu illəri necə atdım?
70 ildə hər ilimə başqa-başqa hava çaldın ,
Sonra da qıyqacı bir nəzər salıb, əmr elədin:
Bu havaya qol götürüb sən bir səksən,
Bu il yetmiş, 10 il sonra artıq səksən !
Qısqanırsan uşaq vaxtı yaşımın 10-una, 15-inə,
İndi nədi haqlamısan "qoca vaxtı", yeri, yeri, get işinə....
Uşaq kimi uşaqlığım olmadı heç,
Uşaq vaxtı bir Simavər nənə, küncdə bir ev, evdəki peç,
O peçin istisinə doyunca heç qızınmadım,
İsti nədi, sərin nədi - anlamadım!
Simavərin simavarı şaqqur-şuqqur qaynatması,
Simavərin həsir üstə nalça salıb mən uşagı oynatması
Xatirimdə dərin-dayaz iz salıbdı.
Xatirimdə bilirsənmi, bir də deyim nə qalıbdı?!
Atalı-analı yetim görmüsənmi, 70 yaşım,
Bax, uşaqkən mən eleydim, dünya boyda bir niskilim,
bir göz yaşım!
Allah kəssin. bax o cürə böyüməyi - mən böyüdüm,
Bir qarnı ac, bir qarnı tox,
Ətrafım hamısı qohum, noolsun, nə atam yox, nə anam yox....
Sağ ola-ola yox! Sağ ola-ola yox!

Həə, 70 yaşım gəl dərdləşək:
Mən deyim sən eşit, sən de mən eşidim.
Yekəldim, yekələndim,
Ələndim, ərçələndim.
Orduya çağrılanda, həyatımda ilk dəfə güc aldım, qürrələndim.
Yenisey çayı ətrafında 2 il,
Rus torpağı, rus dili, bir də rus qızı...
Yaxşı məktəb oldu xidmət illərim,
Mətinləşdi ayaqlarım, əllərim.

Həyatım qovğa həyat, həm bir nağıl, həm keşməkeş ,
Nədi, nə qımışdın, nə irişdin"qoca" 70.
Hamı kimi ailə qurdum,
40 il ötüb, bir ildirim gəlib-keçir ürəyimdən ,
Neçə gözəl illər başa vurdum baş tacımnan,
ürəyimnən!
İllər ötdü, övladların səs-küyləri doldu evə,
Üç övladın üçündən də kam almışıq sevə-sevə.
Raminimin ağır dərdi ürəyimə qübar oldu,
Can ay oğul, neçə ildi ürəyim hey cadar oldu, qabar oldu!
Siz ana -bala həyatıma bir bəzəksiz, siz bir buta,
Cənnət sizi öz yanında möhkəm tuta !

Belə işlər, 70 yaşım, gəl dərdləşək:
10 il olar babayam mən,
Hər üç nəvə ətrafında sırım-sıplaq dolaşanda,
Xoşbəxtliyin nə olduğun əxz edirəm mən o anda.
Uzun illər həp xalqımın xidmətində dayanmışam,
El hörməti, el izzəti, məhəbbəti qazanmışam.
Yaşadığım illərimlə fəxr edirəm, "qoca" yetmiş,
Gələrsən, gəl, illərin bağrını deş.

Tahir adı çox mənalı:
Bir mənası - səxavətli,
Ömür boyu səxavətlə davrandım hey...
Bir mənası- yaradıcı,
Şeir yazdım, esse yazdım, bəyəndilər...
Bir mənası - dost deməkdi,
Dostluğumda bilən-bilir: güvənli bir birisiyəm...
Bir mənası - şanslı demək,
Dost acıdan şanslıyam mən,
Bir mənası müasirdi,
Əlbəttə ki, ən müasir ruhluyam mən,
Tahirəm mən, Tahirəm Mən !!

Belə işlər.. Həə, " qoca" 70,
Sən dedin, mən eşitdim, mən dedim sən eşitdin.
Həyat nədir?!
Həyatımız bir imtahandır,
Bitib-tükənməyən bir imtahan...

Bu həyat bir tükənməyən imtahan ,
Varmısanmı həyatının fərqinə
Kim "5" alar, kimsə daim kəsilər
Uzun olsun, qısa olsun, fərqi nə?!

Nə keçdisə əlimizə üzərik,
Dəryalarda bir gəmidə üzərik ,
Baş üstündə hey yansa da üzərrik,
O gəminin dəryalarda qərqi nə ?!

El yolunda alışıbsan solmasa ,
Tanrı eşqi ürəyinə dolmasa,
İbadəti cani-dildən olmasa,
Qibləsinin qərbi nədir, şərqi nə?!

Sifariş ver qızıldan bir baş-daşı,
Məzarlıqda yat tərsinə, çaşbaşı ,
Yığ altına topladığın qaşdaşı
O zinətin torpaq altda bərqi nə?!

Sən ay Doktor, o dünyayla işin yox,
O dünyanın məchulu bol , könlü tox,
Cənnət adlı göz oxşayan xəyal çox,
O aləmdə sərgilənən sərgi nə?!
O aləmdə sərgilənən sərgi nə...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...