SƏYAVUŞ SÜLEYMANLI
Bu əhvalatdan on ildən artıq bir vaxt keçib. Ancaq o dəhşətli hadisələri heç bir vaxt unuda bilmirəm. Artıq ali məktəbi başa vurmaqdayam. Bu gün-sabah iş də verəcəklər. Tələbəlik qayğılarından azad olub tam müstəqil həyata atılacağam. İşlərim nə qədər yaxşı getsə belə, o günləri - o dəhşətli hadisələri unuda bilmirəm. Çünki ermənilərin bizim kimi minlərlə ailələrin başlarına gətirdikləri müsibətlər dəhşətlidir. Bu vurulan yaralar sağalmazdır.
Uşaqlıqdan yadımda qalan o müdhiş, əzab və işgəncəli, soyuq, şaxtalı bəyaz gecəsidir...
Xankəndində olduğumuz illərdə Mkrtıç adlı bir qonşumuz vardı. Arvadının adı Hanuş idi. Onların bir qızı, üç oğlu vardı. Bizim həyət bağlı-bağatlı olduğundan Hanuşun uşaqları həmişə bizim həyətdə oynayardılar. Analarımız da can deyib, can eşidərdilər. Onu da deyim ki, atam Müzəffər Səfərli Mkırtıçı heç sevməzdi. Deyərdi ki, o, təhlükəli adamdır, şovinistdir, şübhəli adamlarla oturub durur, azərbaycanlıları, ümumiyyətlə, türkləri sevmir. Bizi görməyə gözü yoxdur. Qanımızı içməyə belə hazırdır. Atamın dəfələrlə onunla mübahisəsi də olmuşdu. İlan, ilanlığından əl çəkmədiyi kimi, Mkırtıç da pisliyindən, düşmənçiliyindən əl çəkmirdi.
Artıq ermənilər baş qaldırmış, savaş üçün bəhanələr tapmışdılar. Ailəmiz qorxu içərisində yaşayırdı. Çoxları ev-eşiyini atıb, baş götürüb gedirdi. Amma biz öz doğma torpağımızı yadların əlində qoymağı özümüzə ar bilirdik. Axı bu torpaqlar ta qədimdən bizim ulu babalarımızın olub.
Xankəndinin ən yaxşı vaxtları idi. Lakin insanlar arasına nifaq salınmışdı. Ermənilər azərbaycanlıları sıxışdırır, işdən qovur, təhqir edir, döyür, hətta təkləyib öldürürdülər. Hər gün onlarla azərbaycanlını qanına qəltan edir, ailələri gözləri yaşlı qoyurdular.
Bəli, bir gün belə bir vəhşiliyi atamın da başına gətirdilər.
Atam dövlət qulluqçusu idi. Çox namuslu, torpağa bağlı adam idi. İş yerində onu təkləyib möhkəm döymüşdülər, sonra da qapıdan qovmuşdular. Üst-başı qan içində idi. Dodaqları partlamış, gözlərinin altı qapqara qaralmışdı. Bir qolu da çıxmışdı. Yazığım gəldi atama. Onu bu vəziyyətdə heç görməmişdim. Mən atamı hamıdan güclü hesab edirdim. İndi isə o, elə yazıq görünürdü ki...
Mən hirsimdən hönkür-hönkür ağladım. Biz onun başına yığışdıq.
- Müzəffər, bu nə haldır? - anam sükutu pozdu.
Atam dinmədi, soyuq su ilə üzünü yudu. Pencəyini əynindən çox çətinliklə çıxartdıq. Ufuldadı, ancaq heç bir söz demədi. Ağrılara mərdliklə dözdü.
Qonşumuz Hanuş məşhur sınıqçı idi. Anam atamı xeyli dilə tutduqdan sonra onu Hanuşgilə apardı. Biz də anamgilə qoşulduq. Evdə tək qalmaqdan qorxurduq.
Hanuş ilə Mkırtıç bizə elə pis sifət göstərdilər ki, inana bilmədik ki, bunlar bizim illərlə süfrəmizin başında tikəmizdən yeyən qonşularımızdır. İnana bilmədik!..
Pəncərədən bayıra boylanıb həyətdə oynayan öz uşaqlarına və qonşu uşaqlarına necə işarə verdilərsə, Hanuşun uşaqları birinci olaraq bizi daşa basdılar. Sonra qonşular və onların uşaqları daş yağmurunu üstümüzə tökdülər. Nəticədə, bacımın bir gözü ağır zədələndi, qardaşımın başı, anamın da ayağı sındı. Mən də bir neçə yerdən zədə aldım. Bizim üçün ən ağır dərd bir neçə nəfərin atamı döyə-döyə, söyə-söyə sürüyüb aparması oldu. Biz onu bir daha görmədik.
Evimizə elə təzəcə çatmışdıq ki, bir neçə nəfər gəlib bizi yük maşınına mindirdilər, naməlum istiqamətə apardılar. Dəmiryolu vağzalında hər şey bizə məlum oldu; bizi Bakıya yola salırdılar. Taxta vaqonlarda, soyuq bəyaz qış gecəsində kinofilmlərdə göstərilən əsirlər kimi bizi o tərəfə-bu tərəfə sürükləyir, döyür, söyür və təhqir edirdilər. Bıçaqla yara vuranlar kim, qızlarımızın şərəf və namusunu təhqir edənlər kim...
O zaman mənim on iki yaşım olardı. Və məndə erməni dostlarım Hanuşun uşaqlarına: Aşota, Rantikə, Nauriyə və Levona qarşı içimdən gələn bir nifrət hissi oyandı. Və mənə bir şey gün kimi aydın oldu: Türkün bir düşməni varsa, o da ermənidir!!! Murdar erməni!
Bizi doğma torpaqlarımızdan zorla çıxarıb döyə-döyə, söyə-söyə, təhqir edə-edə başıaçıq, ayaqyalın, ev-eşikdən bir şey götürmədən yola saldılar. Yaralıların çoxu yolboyu həlak oldular. Bəziləri taxta vaqonlara atılan avtomat güllələrindən öldülər. Sağ qalanlar da bizlər idik. Ancaq bizim də ailəmiz dağıldı. Qardaşım Veysəl başından möhkəm yaralandığı üçün soyuq taxta vaqonda keçindi; həkimsiz, yardımsız öldü. Anam bu dərdə dözəmmədi... Bakıda anamla qardaşımı bir yerdə dəfn etdilər. Bacım gözündən ömürlük şikəst qaldı.
Bax, biz öz doğma torpaqlarımızdan, isti yuvalarımızdan belə vəhşiliklə qovulduq. Bu, qana susayan erməni məkrinin, onun özünəməxsus pis niyyətinin, xislətinin təkcə bir ailənin başına gətirdiyi müsibət idi... Bizim kimi minlərlə ailələr erməni gavurlarının qurbanı olub, şəhidlik zirvəsinə ucalıblar. Amma, amma bizim bəzilərimiz hələ də yer üzündə bizim ən böyük düşmənimizin ermənilər olduğunu başa düşmürlər. Başa düşmürlər...
Lənkəran, Liman şəhəri
Bütün xəbərlər Facebook səhifəmizdə