(Özünü və həyatı dərk etmək istəyən insanlar üçün məsləhətlər toplusu)
Əgər istəyirsiz ki, həyatda işləriniz yaxşı getsin, onda ilk öncə özünüzü, öz xasiyyətinizi öyrənməyə çalışın. Adamların çoxu heç ömürlərinin sonuna qədər öz xasiyyətlərini, xarakterlərini öyrənə bilmirlər. Ona görə də tez-tez bəxtlərindən, onları əhatə edən adamlardan, pis zəmanədən şikayət eləyirlər. Bax bu, bəzi insanlar üçün faciədir ki, öz xarakterlərini bilmir və onların əhatəsində nələr baş verdiyini dərk eləyə bilmirlər. Ona görə də belə qərara gəldim ki, insanlar ilk öncə öz xarakterlərilə bağlı burada yazılanlarla ətraflı tanış olub, özlərinin xasiyyətini daha doğrusu özlərini tapa bilsinlər. Öz xasiyyətini mükəmməl biləndən sonra həyatda insanlarla və özləri ilə nejə rəftar eləməyi, necə təmas qurmağı da o biri fəsillərdən öyrənəcəklər. Bütün bunları mükəmməl biləndən sonra biz inanırıq ki, onlar hər şeyə və ətrafında olan insanlara ayıq gözlə, saf düşüncə tərzilə baxacaqlar. Axı dahilər boş yerə deməyiblər ki, insanın özünü və ətrafındakıları dərk eləməsi, başa düşməsi böyük bir elmdi. Bu elmi isə həyatda yaşayan hər bir insan öyrənməlidir.
I Fəsil
İlk öncə özünüzü tapın və xarakterinizi dəqiq öyrənməyə çalışın.
Görün xarakteriniz bu tiplərin hansına məxsusdur.
I. Xolerik (tündməcaz adam) - Fəaldır. Yaradıcı və təşəbbüskar işçidi. İşdə irəli çəkilməyə layiqdi, amma onu ya maddi ya da mənəvi cəhətdən maraqlandırmaq lazımdı. Münaqişəni sevir. Rəhbər işdə işləməyə meyli var. Küsəyəndi, lakin kin saxlamır.
II. Sanqvinik (diribaş adam) – Çevikdi. Maddi və ya mənəvi cəhətdən təmin olunduğu vaxt təşəbbüskar olur. Təmkinlidir. Yaxşı rəhbərdir. Xolerikə (tündməcaza) nisbətən öz hərəkətlərində, əməllərində mərhəmət göstərməkdə soyuqqanlı və hiyləgərdir.
III. Fleqmatik (soyuqqanlı, laqeyid adam) – Yaxşı işçidir. Həm də vəzinli, namuslu, məsuliyyətli işçidir, lakin paxıldır. Tez inciyəndir. Kinlidir. Söz gəzdirməyi, xəbərçiliyi sevir.
IV. Melanxolik (qarasevdalı adam) - Belə adamlar, o biri xarakterin asılı tipinə məxsusdurlar. Onlarla əlaqə yaratmaq çətindir. Dostluqda, ailədə baş verən narazıçılıqlardan əziyyət çəkirlər. Qarasevdalı adamı acıqlandırmaq, qamçılanmaq lazımdır ki, tələskənlik və ya işdən qovulmaq hissi daxilində daim onu təqib eləsin və işə həmişə can yandırsın.
İndi isə daha geniş açıqlamamızda, dərindən, diqqətlə düşünün və dəqiq müəyyənləşdirin ki, xarakteriniz bu tiplərin hansına daha çox aiddir.
I. Xoleriklər (tündməcaz adamlar) – güjlü, daim hərəkətdə olan proseslərə yiyələnirlər. Lakin ehtirasın tormozlanması, səbrin cilovlanması mümkün olmadığına görə onlar, özündən tez çıxan əsəb proseslərinə malik olurlar. Onlar bir iş sahəsindən və bir işdən asanlıqla başqasına keçə bilərlər. Özlərindən tez çıxsalar da, bəzən, yeri gələndə, yəni lazım olan məqamda möhkəm əsəb sisteminə malik olduqlarını göstərməklə və hətta nümayiş etdirməklə asanlıqla lider ola bilirlər. Lakin bu tip adamlarla işləmək və dostluq eləmək asan deyil.
II. Sanqviniklər (diribaş adamlar) – güjlü, tarazlaşmış, hərəkətdə olan, məntiqə söykənən əsab proseslərilə xarakterizə olunurlar. Onlar fəal və yaradıcılıqla işləməyə qadirdirlər. Çox asanlıqla bir emosional vəziyyətdən digərinə keçə bilirlər. Onlar əgər istəsələr, qarşılarına həlli çətin məsələlər qoyub, onları məntiqlə, asanlıqla həll eləyə bilərlər.
III. Fleqmatiklər (soyuqqanlı, laqeyid adamlar) – güclü və səbrin üstünlük təşkil elədiyi əsəb proseslərilə xarakterizə olunurlar. Onlar yeni iş prosesinə, yeni iş yerinə çox gec öyrəşirlər. Lakin həmin işi vijdanla sona çatdırırlar. Fleqmatiklər rəhbər işçi olanda, özlərini sakitjə, planlı iş görən kimi aparmağı bacarırlar. Onlar çox vaxt planlarının dəyişməsinə, təjili qərarların qəbul olmasına dözmürlər. Səbirsizlik göstərirlər. Bəzən düşdükləri şəraitin tələb etdiyi templər, sürətlər də onlarçün gücyetməz ola bilər.
IV. Melanxoliklər ( qarasevdalı adamlar) – ehtirasın tormozlanmış zəif prosesinə malikdirlər. Çətin vəziyyətdə özlərini tez itirir və çıxış yolu tapmaqda çətinlik çəkirlər. Könülsüz olaraq, qərar qəbul edirlər. Əqli və fiziki gərginlikdən tez yorulurlar. Xəstəliyi, xoşagəlməz xəbəri tez qəbul edirlər və ürəklərinə salırlar. Həm də düşdükləri şəraitə çətinliklə alışırlar və uyğunlaşırlar. Belə adamlar stress və depresiyaya daha tez düşürlər. Və onları stressdən, depresiyadan çıxartmaqçün xaleriklərin və sanqviniklərin köməyinə böyük ehtiyajları olur.
Bütün yuxarıda dediklərimiz tiplərin içərisində elə insanlar da olur ki, düşdükləri ağır şəraitdən, xaosdan, gərginlikdən, məşəqqətli həyatdan, müharibənin gətirdiyi böyük fajiələrdən asılı olaraq, bir xasiyyətdən başqa xasiyyətə də keçə bilirlər. Çünki insanın daxili, beyni o qədər zəngindir ki, həyat yaranandan psixoloqlar, filosoflar heç bir adamın daxilini dəqiq öyrənə bilməyiblər. Ona görə də insana düşdüyü vəziyyətlə əlaqədar çox şeyi həyat özü diktə edir. Bu fikirlər isə Eksezdensialist fəlsəfəsində özünün dəqiq məntiqi ilə əksini tapıb.
Həyatınızın daha şən, mənalı və maraqlı keçməsi üçün aşağıda yazılanları bilməyiniz çoz vajibdir.
II Fəsil
Əgər istəyirsiz ki, hər yerdə arzu olunan şəxs olasız, sizi sevsinlər və hörmət eləsinlər, onda məşhur psixoloq, filosof, iş adamı Deyl Korneqinin bu qaydalarına əməl edin.
İnsanları özünə jəlb eləməyin on iki qaydası.
I. Qarşınızdakı müsahibinizlə aranızdakı mübahisədə qalib gəlməyin əsas şərti mübahisədən qaçmaqdır.
II. Müsahibinizin fikirlərinə diqqət yetirin və hörmət əlaməti olaraq, ona diqqətlə qulaq asın. Sizinlə söhbət edənə, təmasda olana onun düz demədiyini heç vaxt sübut eləməyə çalışmayın.
III. Əgər düzdün olmadığınızı, düz demədiyinizi başa düşürsüzsə, bunu müsahibinizə tez və qətiyyətlə etiraf eləyin.
IV. Həmişə söhbətinizin əvvəlində, hər bir müsahibinizlə dostluq notlarını qoruyub saxlamağa çalışın.
V. Söhbətinizi elə qurun ki, müsahibinizi ani bir vaxtda "hə" deməyə məjbur eləyin. Əgər onu "hə" deməyə məjbur eləyə bilsəniz, asanlıqla ram edəjəksiz.
VI. Söhbət əsnasında, müsahibinizə diqqətlə qulaq asın və ona danışmağa daha çox imkan yaradın ki, qoy ürəyini boşaltsın. Həm də elə fikirləşsin ki, əsl onu başa düşən adamla rastlaşıb. Bu söhbət əsnasında çalışın ki, onun gözlərinə baxasız.
VII. Söhbət elədiyiniz vaxt elə bir şərait yaradın və açıq-açığına bildirin ki, müsahibiniz deyilən fikrin yalnız ona məxsus olduğuna inansın. Yəni onun dediyi fikirləri guya siz heç vaxt eşitməyibsiz. Bu fikirlərin ideya müəllifi məhz odur.
VIII. İnsanlara, əşyalara müsahibinizin verdiyi qiyməti çox dəyərləndirin və hər şeyə onun gözü ilə baxmağa çalışın. Daha doğrusu söhbət əsnasında onu inandırın ki, verdiyi qiymət düzgündür. Elə belə də olmalıdır.
IX. Başqalarının arzu və düşünjələrinə şərik olun. Əgər həmin adam sizdən vəzifəjə və yaşja böyükdürsə, heç vaxt onun üzünə düz demədiyini sərt formada deməyin. Fikrinizi dolayı yollarla isbat eləməyə çalışın. Və yaxud da susun. Belə yerdə atalar deyib ki, "danışmaq gümüşdürsə, susmaq qızıldır".
X. Söhbət əsnasında danışığınızla, məntiqi fikirlərinizlə, sifətinizdəki mülayimliklə, yüngülvari gülüşlə, xoş simanızla həmsöhbətinizi sizin haqqınızda yüksək fikir söyləməyə jəlb eləyin. Belə olarsa onun daxilində sizə qarşı olan mənfi enercini yox edəjəksiz.
XI. Artıq bundan sonra ideyalarınızı dramatikləşdirməyə çalışa bilərsiz və həmin ideyaları müsahibinizə effektlə çatdırmağa çalışın. Belə məqamda obrazlı fikirlərdən, jümlələrdən istifadə etməyiniz, sizə diqqəti daha çox artırar.
XII. Söhbətinizin sonunda isə müsahibinizin yaralı yerinə toxunaraq, ona meydan oxuyun. Yəni öyrənməyə çalışın ki, müsahibiniz nədən narazıdırsa və nələr ona pis təsir edirsə, siz də həmin şeylərlə narazı olduğunuzu deyin. Onunla tam həmrəy olduğunuzu açıq-açığına bildirin.
Bunlara əməl eləsəniz, insanları asanlıqla özünüzə jəlb etməklə, onları ram eləyə bilərsiz.
İnsanları təhqir eləmədən onlara təsir eləməyin doqquz qaydası.
I. Müsahibinizin ləyaqətini, hərəkətlərini, gördüyü işləri ürəkdən bəyəndiyinizi onu tərifləməkdən başlayın.
II. Onun səhvlərini birbaşa yox, dolayı yollarla üstüörtülü şəkildə başa salmağa çalışın.
III. İkinji qaydanı eləməkçün, ilk önjə öz səhvlərinizi deyin və sonra müsahibinizin səhvləri haqqında ustalıqla, sadə formada söhbət açın. Bu haqda bizim çox yaxşı atalar məsəlimiz var: "Qızım sənə deyirəm, gəlinim sən eşit".
IV. Müsahibinizə əmr eləməkdənsə, yaxşı olar ki, ona suallar verəsiz. Çünki suallara javab vermək, beyini aktivləşdirir və fikiri konkret bir məjraya yönəldir. Belə olanda müsahibiniz sizinlə söhbət eləməkdə maraqlı olajaq.
V. İnsanlara öz nüfüzlarını qorumağa və özlərinə inanmağa imkan verin. O vaxt sizə yaxşı münasibət göstərərlər.
VI. Ətrafınızda olan insanların jüzi qələbəsini bəyənin və onların ən kiçik müvəffəqiyyətini səmimi qeyd eləyin. Belə ki, həmin müvəffəqiyyətə səmimiyyətlə qiymət verin və həmin müvəffəqiyyəti tərif eləməkdə simijlik eləməyin. Çünki tərifi yalnız ölülər sevmir.
VII. İnsanlara etibar qazanmaqda köməklik eləyin. Əgər belə eləsəniz, onlara olan etibarı və inamı qorumağa çalışajaqlar.
VIII. Müsahibinizi şirnikdirməklə, həvəsləndirməyə çalışın. Elə təəssürat yaradın ki, sizin düzələsi vajib saydığınız səhvin asanja düzələn iş olduğu güman edilsin. Elə eləyin ki, adamları düzələsi çətin olan işə yönəltdiyiniz, qarşılarına qoyduğu arzu və məqsəd onlara çox asan görünsün.
IX. Çalışın ki, təklif elədiyiniz məsələləri və işləri həddindən artıq dramatikləşdirməyin. Onları elə asan formada təklif eləyin ki, insanlar həmin məsələləri, işləri yerinə yetirməyə şad olsunlar. Bu haqda atalarımız bizimçün gözəl bir məsəl qoyub gediblər: "Ho-ho var dağa qaldırar, ho-ho var dağdan endirər".
Bu yeddi qaydaya əməl eləsəniz, həmişə mehribanlığı qoruyub, ailənizi daha xoşbəxt eləyə bilərsiz.
I. Çalışın ki, həyat yoldaşınıza irad tutmayasız. Əsasən də başqa adamların yanında. Çünki hər bir insanın daxilində özünə alüdəçilik və özünü sevmək var.
II. Həyat yoldaşınızın xasiyyətini özünüzün sərt hərəkətlərinizlə, onu təhqir eləməklə dəyişməyə çalışmayın. Bilin ki, insanların xasiyyəti ana bətnindən başlayaraq, uşaq yaşlarında artıq formalaşır. Hətta insanların çoxu, yetkin yaşlarında özləri də jiddi jəhdlə çalışsalar da, xasiyyətlərini demək olar ki, dəyişməyə müvəffəq ola bilmirlər.
III. Həyat yoldaşınızı heç vaxt başqasının yanında təhqir eləməyin. Bilin ki, "ağajın iki başı var". Gej-tez ağajın o biri başı sizə də dəyə bilər. Yənin onun tərəfindən siz də təhqir oluna bilərsiz. Belə olanda bu sizdə böyük şok və əsəb gərginliyi yarada bilər.
IV. Müştərək görülən işlərdə, həyat yoldaşınızla bir-birinizə çox açıq şəkildə səmimi razılığınızı bildirin.
V. Nə qədər əsəb gərginliyi keçirsəniz də, çalışın ki, həmişə bir-birinizə hörmət əlamətləri göstərin. Bilin ki, sizin bu hərəkətiniz övladlarınızın tərbiyəsində böyük rol oynaya bilər. Onlar da valideyin olanda özlərini belə aparajaqlar. Axı övladların əsas tərbiyəsi ailədən, ailə tərbiyəsindən başlayır.
VI. İşdəki, küçədəki və ya başqa yerlərdəki qanqaraçılığı, əsəb gərginliyini heç vaxt evə gətirməyin. Sizinlə bayırda nə baş verisə - versin, evə gələndə həmişə xoşrəftar olun. Çünki sizin əsəbi gərginliyiniz ailədə daha da gərginlik yarada bilər. Bilin ki, əsəbi başda ağıl almaz və əsəbiləşən adam tez qojalar.
VII. Ailə həyatınızın daha da mehribanlığı, xoşbəxtliyi üçün intim yönümdə kitablar oxuyun və həkim məsləhətlərinə qulaq asın.
Onu da bilin ki, ən güjlü, özünə çox güvənən qadının da kişi məhəbbətinə, kişi diqqətinə, kişi nəvazişinə, kişinin ona arxa-dayaq olmasına böyük ehtiyajı var. Bu sözləri kişilər haqqında da demək olar. Yəni onların da qadın diqqətinə, nəvazişinə, xoş sözlərinə ehtiyajı var. Bunu bəzi kişilər və qadınlar dildə demək, etiraf eləmək istəməsələr də bu, danılmaz və əsrlərlə sübut olunmuş məntiqli həqiqətdi.
Çox dəyərli ziyalı, alim, ömrünün 31 ilini yalnız birinji katib işləmiş, Azərbayjan dövləti və dövlətçiliyi üçün əvəzsiz işlər görmüş, işlədiyi rayonların qurujuluğunda, mədəniyyətinin, injəsənətinin inkişafında, jamaatın rifah halının yüksəlməsində əlindən gələni eləyən və tarixdə quruju katib kimi adı qalan Sadıq Nəbi oğlu Murtuzayevin həyat yoluna, mübarizələrdə, çətinlikdə keçən ömrünə həsr elədiyim "Bir ömrün akkordları" kitabı üzərində işləyəndə o, mənə çox maraqlı bir kitab verdi. Və dedi ki, " bu kitabı oxu. Burada həyatçün çox maraqlı fikirlər var. Əgər lazım bilsən mənim haqqımda yazdığın kitabda buradakı fikirlərdən istifadə eləyə bilərsən. Hətta mən oradakı fikirlərdən bəzilərini də tərjümə eləmişəm. Xoşuna gəlsə saxla. Xoşuna gəlməsə özün yenidən işlə." Mənə 4-5 dəftər vərqlərində əlyazma və bir kitab verdi. Kitab belə adlanırdı. "Dianetika". Mən, Bakıdan Sumqayıta gələndə yol boyu həmin kitabı oxumağa başladım. Bu kitaba nejə alüdə oldumsa, artıq iki günə həmin kitabı bütövlükdə oxudum. Orada yazılan fikirlərdən özümçün çıxarışlar elədim. Sonra həmin çıxarışları da tərjümə elədim.
Beləliklə, həm Sadıq Nəbioğlunun mənə verdiyi 4-5 vərəq və həm də mənim tərjümələrim, özümün daxilimdən, həyat təcrübəmdən gələn əlavələr aşağıda yazdığım fikirlərə çevrildi. Əlbəttə, burada yazılanlar "Dianetika" kitabından elədiyim sətri tərcümələr yox, bədii tərjümələr və mənim özüm tərəfindən çoxlu jümlələr, fikirlər, əlavələr artırmalarla yaranıb. Mən buradakı fikirlərdən bəzilərini Sadıq Murtuzayevə həsr elədiyim "Bir ömrün akkordları" kitabıma da daxil eləmişəm. İnanıram sizinçün də maraqlı olajaq əziz oxuju və gündəlik həyat məsələlərindən bunlardan istifadə edəjəksiz.
III Fəsil
Dianektika - insanın özünüdərk fəlsəfəsi.
(Bunları bilməyiniz, yadda saxlamağınız və hər an əməl etməyiniz sizə həyatda çox böyük köməkliklər edər)
İnsanlar hamısı həyatda itirdikləri şeylərə, əşyalara, var-dövlətə görə, çox heyfislənirlər. Amma itirdikləri vaxta görə heyfislənənlər az olur. Belə bir atalar sözü var: "İtirilən var-dövləti yenidən qazanmaq, geri qaytarmaq olar. Amma itirilən vaxtı nə qaytarmaq, nə də tampaq olmaz". İnsana ömür yalnız bir dəfə verilir. Ona görə də çalışın ki, vaxtınız boş yerə keçməsin.
Böyümək şərt deyil, şəxsiyyət kimi formalaşmaq şərtdir.
Bir böyük işi başlamazdan əvvəl öz fikirlərinizi götür-qoy etməlisiniz ki, ona başlayanda, qəflətilik, gözlənilməzlik özünü göstərsin. Bu həmin işin uğuru üçün həllediji faktor, həllediji amildir.
Müdriklik və igidlik insançün tanınmağın və sevilməyin əsas amilləridir.
Özünüzü elə aparın ki, sizə və ağlınıza təmasda olduğunuz insanlar həmişə ehtiyaj duysunlar.
İnsanın öz hisslərinin üzərində hakim olmağı bajarması, mənəvi böyüklüyün əsasıdır.
Elə adamlarla oturub-durun ki, onlardan nə isə yaxşı şey öyrənə biləsiz.
Kobudluq hər şeyə, hətta ədalətli və ağıllı insana da zərər vurur. Nəvazişkarlıq isə hər şeyi gözəlləşdirir, ülviləşdirir.
Özünə ağıllı köməkçilər seçmək və yeri gələndə onlarla məsləhətləşmək yalnız müdrik adamlara məxsusdur.
Ağılı məqsədyönlü işlətmək böyük uğurların zəmanətidi.
Yeri gələndə iş üsullarınızı, siyasətinizi dəyişmək, başqalarının diqqətini yayındırmaq ( xüsusilə düşmən münasibətdə olanların) çox vajibdir. Onda öz ali məqsədinizə daha tez çata bilərsiz.
Çox da böyük ümidlərlə, arzularla işə başlamayın ki, işiniz alınmayanda heyfislənməyəsiz.
Ən kiçik nöqsanlarınıza da dözülməz olun. Çalışın ki, bir dəfə elədiyiniz nöqsanı bir də təzələməyəsiz.
Öz mülahizələrini və fikirlərini məntiqlə söyləməyi bajarmaq, ən çətin məqamlarda da əsəblərini çilovlamaq yalnız müdik insanlara məxsusdur.
Başqalarına təsir eləməyi bajarmayan adamı ağıllı və müdrik hesab eləmək olmaz.
Hər bir adama təsir eləməkçün ilk önjə onun açarını tapmaq lazımdır. Onu da bilin ki, hər adamın öz açarı olur. Buna görə də "Xarakterlər və tiplər" bölümünü və böyük psixoloq, filosof Deyl Karneginin yazdığı, təklif etdiyi qaydaları dəqiq, mükəmməl bilməlisiz.
Çox şeyin ardınja qaçmayın, yoxsa hər şeydən məhrum olarsız. Ona görə də əvvəljədən hər şeyi ölçüb-biçin. Və bir işi tamamlamamış, başqa işə keçməyin. Yoxsa hər işiniz yarımçıq qalar. Bir daha deyirəm. Yadınızda saxlayın ki, ömür insana yalnız bir dəfə verilir. Ondan səmərəli istifadə eləmək də yalnız insanın öz əlindədi.
Hamıya məlum olana alüdə olmayın.
Yeri gələndə düşmənlərinizin və sizi təqib eləyənlərin gözündən yayınmağı bajarın.
Özünüzün ən böyük üstün jəhətlərinizi nümayiş etdirəndə, başqa zəif tərəflərinizi, jəhətlərinizi də yaddan çıxartmayın. Bilin ki, xasiyyətinizdəki zəif jəhətlər vasitəsi ilə sizi asanlıqla ləkələyə, gözdən sala bilərlər.
Öz mühakimələrinizi- vajib məsələlər ətrafında jəmləşdirməyi bajarın.
Özünüzdən bədgüman olub deməyin ki, qaraçuxam yatıb. Bəxtim gətirmir. Həmişə çalışın ki, bəxtinizi sınamaq, arzularınıza çatmaqçün jiddi-jəhtlə hərəkət eləyin.
Əgər işləriniz alınmırsa və hansı işdə məğlub olursunuzsa diqqətlə həmin işi bir də götür-qoy, təhlil eləyin. Öz səhvlərinizi araşdırın və yenidən həmin işləri həyata keçirməyə çalışın. Onu da bilin ki, həyatda bəxti gətirməyən insan yoxdur. Sadəjə mübariz olmayan insan var. Həyatda bajarmıram sözü yoxdur, istəmirəm sözü var. Bilin ki, heyvanların içərisində ən yırtıjı olanlardan biri janavardır. Janavara yemək tapmaqda, onu əldə eləməkdə ayaqları və məqsədinə doğru getməkdə inadkar olmağı köməklik eləyir.
Yeri gələndə hüjum eləmək və düşmən hüjumlarından qorunmaq, ən yüksək bajarıqdır.
Uğurlu bir oyunu vaxtında dayandırmaq və mərdanə geri çəkilməyi bajarmaq hər adamın işi deyil. Bu yalnız müdrilərin və səbirli olanların işidir. Çalışın elələrindən olun.
Hər şeyin çiçəkli dövrünü tapmaq və qiymətləndirməyi bajarmaq lazımdır.
Ümumxalq məhəbbəti qazanmaq asan deyil. Çox zaman bu taledən və jiddi jəhddən asılı olur. Birinji əsasını qoyur, ikinji isə bu uğuru davam etdirir. Amma qazandığınız hər bir uğurçün həddindən-ziyədə sevinməyin. Həmin sevinjin ölçüsünü bilin.
Hər şeyin ən yaxşısını seçməyi bajarmaq və onu qiymətləndirmək yalnız müdriklərə məxsusdur.
Heç vaxt qıjıqlanmayın və özünüzdən çıxmayın. Özünüzü ələ almaqda böyük səbr, böyük bajarıq və böyük ürək sahibi olun. Onu bilin ki, özünə və hərəkətlərinə hakim olan şəxsiyyət, başqalarına da asanlıqla hakim olur.
Qətiyyətli və mühakiməli olmaq, müdriklik əlamətidi. Mühakiməsiz qətiyyət tələskənlikdir ki, bu da ağılsızlara məxsusdur. Mühakiməli tələskənlik isə uğurun əsası olmaqla, ağıllı insanlara məxsusdur.
Ağıllı igidlik göstərin. Onu bilin ki, ölü şiri dovşanlar da şallaqlayar.
Səbr eləməyi bajaran, heç vaxt tələsikliyə imkan verməz. Onu da bilin ki, səbr ağajı bütün ağajlardan uja və möhtəşəm olduğuna görə, hər bağda göyərməz. Lakin bir işi dəqiq və məntiqli ölçüb-biçəndən sonra qərar qəbul eləməkdə tələsmək lazımdır.
Dərindən ölçüb-biçmək və həmin işi tez həyata keçirmək yaxşıdır.
Gördüyünüz yaxşı işi gözə soxmayın. Yoxsa sabah heç kimi təəjjübləndirə bilməzsiz. Ona göərə də təmkinli olun. Hər bir fikrinizi baha qiymətə satmağa çalışın.
Bir işi yaxşı başlayan yox, yaxşı qurtaran xoşbəxtdir.
Özünüzü ləkələnməkdən qoruyun. Xoşagəlməz işləri hər yerdə elan etməkdən və deməkdən də özünüzü saxlayın. Hər fikrinizi əvvəljədən ölçüb-biçib sonra danışın ki, bu sizə başağırısı gətirməsin.
Uğurlu nətijə barədə düşünün. Qalib gələnlərçün özünü doğrultmağa ehtiyaj yoxdur. Çünki qaliblər heç vaxt qınaq nöqtəsi olmur. Əgər səhv də eləsələr onlar haqlı olurlar.
Ümumxalq tərifi əbədilik və ölməzlikdir. Çalışın ki, buna nail ola biləsiz.
Ağılı insanın ən böyük üstünlüyü, öz səhvini vaxtında bəyan etməkdi.
Ruh düşkünlüyünə qapılmamaq, böyük ağılın iradəsidi.
Hər şeydən boyun qaçırmayın və hər şeyə də güzəştə getməyin.
Qətiyyətli adamın işin öhdəsindən gələ bilməməsi böyük bəla deyil, nəinki qətiyyətsizin.
Özünə hörmət eləyən, təhqirdən başlamaz. Bilin ki, çomağın həmişə iki başı olur.
Yaxşı nümunə seçməyi bajarmaq, həmişə həsədi məhv edir və insanı igidliyə sövq edir.
Hər kəslə özünə layiq rəftar eləməyi bajarmaq böyüklük, ürəyigenişlik əlamətidi. İnsanların qəlbini ələ alamğı bajarmaq isə böyük istedaddır.
Hər deyilən sözə tez inanmayın. Qarşı tərəfin dediyi həmin sözə, fikirə görə, dəqiq məqsədini bilməyə çalışın və götür-qoy edin. Əgər belə etsəniz, bu, sizi axmaqlıqdan, düşəjəyiniz çətin vəziyyətdən və alçaqlıqdan qoruyar.
Öz daxili gözəlliyinizi həmişə təzələməyi bajarın. İgidliyi, istedadı yeni gözəlliklərlə büruzə verməyə çalışın.
Düşməndən də öyrənməyə jəhd eləyin. Bilin ki, çoxlarına özləri də bilmədən həyatda düşmənləri böyük şöhrət gətirib. Onları məşhurlaşdırıb.
Hər zaman, hər yerdə özünüzü qabağa verməyin.
Özünüzü dərk eləyin. Öz hüququnuzu, ağlınızı, mühakimələrinizi, duyğularınızı ölçüb-biçin. Bilin ki, özünüzə bələd olmadan, özünüz haqqında hökm vermək mümkün deyil.
Çox yaşamağın gözəlliyi ləyaqətlə yaşamaqdır. Bilin ki, dörd şey adamın axırına çıxır və onu hörmətdən salır. Nadanlıq, əyyaşlıq, pozğunluq və spirtli içkiyə alüdəçilik. Çalışın bunlardan uzaq olun.
O zaman işə başlayın ki, heç nədə şübhə yeri qalmasın.
Hərtərəfli ( universal) adam, insan ləyaqətinin bütün jəhətlərini özündə birləşdirir.
Yaxşı adınızı qoruyun. Əsl ləyaqət sahibi düşdüyü vəziyyətdən asılı olub, həmin vəziyyətə tabe olmur.
Adamların bir qismi digər qisminə gülür. Deməli, adamların hamısı bir-birinə gülürsə axmaqdırlar. Çünki birinə yaxşı görünən, digərinə pis görünür və ya əksinə.
Şişirdilmiş qiymətə aldanmayın. Çünki bu yalanın bir növüdür.
Sülhü sevən çox yaşayar. Yaşamaq istəyirsinizsə, başqalarını da sülh şəraitində yaşatmağa çalışın.
Hər şeyi eşitməyi və həm də səbrlə susmağı bajarın.
Ağıllı, xeyir gətirəjək mübahisə yaxşı işdir. Bilin ki, mübahisəsiz gün dərin yuxu kimidir. Amma hər boş şeyə görə, mübahisə eləmək axmaqlıqdır.
O kəsdən qorxun ki, başqasının arxasında gizlənib, öz marağı üçün çalışır.
Özünü tanımaq, öz qüvvənə bələləd olmaq, ən universal dərmandır.
Nadanlığa qarşı ən yaxşı mübarizə ağılla, soyuq düşünjə və məntiqlə mübarizə aparmaqdır.
Başqalarını, onların çəkdiyi zəhməti, əziyyəti, gördüyü xeyirxah işləri qiymətləndirməyi bajarın. Belə olduqda həmin insanların sizə hörməti, məhəbbəti artar.
Nadanlarla ünsiyyətdən uzaq olun. O kəsləri inandırın ki, nadanları tanımır. Həm də daha çox o kəs nadandır ki, nadanları tanıdığı halda onlardan uzaqlaşmır.
Öz yerinizi, işinizi dəyişməkdən qorxmayın. Bilin ki, hər nə olursa yaxşılığa doğru olur.
Ana Vətən həm də analıqçün vətəndir. Hətta dahilərçün də.
Özünüzə ağılla yol açın, əjlaflıqla yox. Bilin ki, pis əməllərlə qazandığınız uğur heç vaxt əbədi olmaz. Belə uğur sizi gej-tez uçuruma salar.
Söz və əməl təkmil, bütöv adamlar yaradır. Çünki danışmaq asandır əməl eləmək çətindir.
Hörmətli adamları yaxşı tanıyın. Amma böyük adamların arxasında gizlənməyin. Öz böyüklüyünüzü göstərməsəniz, onlara bəh-bəh deməyiniz boş şeydi.
Yüngül bir işdən yapışanda onu ağır iş kimi bilin. Ağır işdən yapışanda yüngül iş kimi bilin.
Bir işə başlayanda onu görülmüş hesab eləyin. Böyük işə başladınızmı çox götür-qoy eləməyin və ürəklə bu işə başlayın. Qarşıdakı çətinliklərdən qorxsanız, geri çəkilə bilərsiniz.
Ehtinasızlıqla oynamayın. Bunu dəqiq bilin və yadınızda saxlayın ki, ehtinasızlıq yüngüllük və həriflikdir.
Hər şeydə qara ləkə axtarmayın. Bilin ki, onun olmadığı yer yoxdur. Unutmayın ki, Kəbədəki müqəddəs daşda da qara rəng var.
Axmaqların dərdini çəkməyin. Onlar Ulu Tanrı tərəfində belə yaradılıblar. Ona görə də onları siz dəyişdirə bilməzsiniz.
Jənnətdə hər şey sevindiriji və gözəldir. Jəhənnəmdə isə hər şey əzablıdır. Bunları müqəddəs kitablarda da yazıblar. Bizim dünyamızda isə bunların hər ikisi var. Biz də bütün bunları buradakı həyatda keçməklə özümüzü haqq dünyamıza hazırlamalıyıq.
İstedadınızın, bajarığınızın ən yüksək sirrlərini qoruyub saxlayın. Onları heç kimə satmayın. Bu, zirvədə qalmağın ən düzgün yoludur.
Bir axmaqlığı iki dəfə etməyin. Çünki axmaq baş bəlalı olur. Və axmaq başın bəlasını ayaqlar çəkir. Atalar da deyib ki, "əgər axmaq özünə düşməndirsə, özgəyə nejə dost ola bilər?"
Nə dostluqda, nə də düşmənçilikdə daimilik yoxdur. Bugünkü dostlarınıza sabahkı düşmənləriniz kimi baxın və heç kimə sirr verməyin. Sonra bəlasını çəkə bilərsiz.
Heç kimə bijlik göstərməyin və kələk gəlmyin. Hərçənd ki, indiki zamanda onsuz keçinmək çətindir. Yaxşısı budur ki, insanlara ehtiyatla, hörmətlə yanaşın, nəinki bijliklə, kələklə.
Düşdüyünüz ağır vəziyyətdən salamat çıxmaqçün aslan dərisinə girə bilməsəniz, tülkü dərisinə girin. Və bunu özünüzə təhqir, alçaq əməl kimi qəbul eləməyin. Bu, sizin sabahkı qələbənizin başlanğıjı ola bilər.
Kiminləsə vuruşda, böyük mübahisələrdə, mübarizələrdə uduzmağınızı hiss eləsəniz vaxtında geri çəkilin. Çünki vaxtında geri çəkilmək qələbəyə bərabərdi. Əgər görsəniz ki, güjünüz çatmırsa ağlınızı işə salın.
Dediyiniz hər bir sözə fikir verin. Çünki söz vəhşi heyvan kimidi. Həmin sözlər axmaqları sizə qarşı qaldıran ən böyük silah ola bilər. Söz ağızdan azadlığa çıxandan sonra onu zənjirləmək çox çətindir. Ona görə də hər bir sözü ağzınızda yoğurub, bişirib sonra deyin. Atalar da deyir ki, "söz quşdur, buraxsan uçar gedər".
Özünüzün ağıllı olduğunuzu hər yerdə bürüzə verməyin. Yoxsa axmaqları üstünüzə qaldıra bilərsiniz. Çünki ağıllı adamları nə məmurlar, nə rəhbərlər, nə də adi kütlə sevmir.
İlk təəssüratına inanma. Çünki bu çox vaxt yanlış olur.
Pis söz deməyə jan atmayın. Çünki pis söz deyən pis söz də eşidər.
Öz həyatınınızı ağılla bölüşdürün. Hər təsadüfün ardınja getməyin. Elə eləyin ki, gördüyünüz işdə həm mənfəət olsun, həm də zövq alasız.
Heç vaxt gördüyüz işi yarımçıq göstərməyin. Qoy bitmiş halda görsünlər. Çünki yarımçıq işi hər kəs öz fantaziyasında, təxəyyülündə, özünün başa düşdüyü kimi tamamlamaq istəyir, məhz ona görə də böyük mübahisələr yaranır.
Vaxtınızı təkjə düşünmək, təxəyyülünüzdə fantaziyalar yaratmaqla keçirməyin, həm də hərəkət eləyin. Hərəkətdə olan insan çox şeyə çata bilər. Bizim millətin bu haqda çox gözəl atalar sözü var: " Səndən hərəkət, məndən bərəkət".
Bağışlamağı bajarın. Bağışlamağı bajarmaq yalnız geniş ürəkli insanlara nəsib olur.
Özünüzdən yuxarıdakılarla gizli əlaqəyə girməyin. Bilin ki, bu maska tez yırtıla bilər.
Öz sirrinizi başqasına açsanız, həmin adamın qulu olajaqsız. Bu haqda isə bizim çox qiymətli atalar sözümüz var: "Sirr vermə dostuna, o da deyər dostuna". Onu bilin ki, sirr saxlamaq ən böyük mərdlik, mərdanəlikdir.
Öz xasiyyətinizdə, öz daxilinizdə nəyin çatışmadığını həmişə öyrənməyə çalışın və onunla mübarizə aparın.
Çox ağıllı olmaqdansa, çox jəsarətli olmaq daha yaxşıdır.
Məqsədinizə nail olmağa jəhd göstərin. Bəzən qüvvənin çoxu işin başlanmasına sərf olunur və axıra çatdırmağa güj qalmır. Ona görə də güjünüzü bərabər bölün.
Təkjə paklıqla, təmizliklə keçinmək olmaz. Aldatmayan hamıya aldanır. Kim ki, yalan danışmır, başqalarına tez inanır. Ona görə aldanır ki, sadəlövdur, vijdanlıdır, təmizdir. Həyatda elmli olmaqla birlikdə, hə də helmli olmaq lazımdır ki, hər deyilən şeyə inanmayasız.
Dediyiniz hər bir fikri konkret, aydın deməyə çalışın. Çünki konkretlik ürəkçün də, iş üçün də xeyirlidir.
Özünüzü tərifləməkdən qorunun. Bu xəstəliyə alüdə olmayın. Çünki siz özünüzü tərifləsəniz, bu hərəkətiniz sizinlə təmasda olan insanları qıjıqlandırar və ləyaqətinizi alçaldar. Bilin ki, özündən razılıq, ürəyin, beyinin kasıblığıdır.
Şəxsiyyət fenomeninə yüksəlməyin ən qısa yolu, dost seçməyi bajarmaqdır. Çünki dostluq düzlükdədir.
Rəqabətlə çox da əlləşməyin. Bilin ki, həyatda tarixlər boyu çox az adam təmiz mübarizə aparır. Həm də çoxları ləyaqətini o vaxta qədər qoruya bilir ki, rəqibləri meydana çıxmayıb.
Çalışın ki, həyatda ləyaqətli adamlarla daha çox ünsiyyətdə olasınız. Onlarla mübarizə aparmaq da yaxşıdır. Nəinki alçaq, nakəs adamlarla. Çünki nakəslər, əbləhlər bu gün öz işləri xatirinə sizə təslim olsalar da bilin ki, sabah hökmən sizə bir pislik eləməkçün məqam axtarajaqlar. Belə adamları heç vaxt yaxınınıza buraxmayın. Onlara heç vaxt sirr verməyin.
Vinjdansız, ləyaqətsiz, simasız, yaltaq, məddah adamlardan geri baxmadan uzaqlaşın.
Heç vaxt özünüz haqqında danışmayın. Belə olanda ya özünüzü tərifləyəjəksiniz, bu adamı şöhrətpərəsliyə, lovğalığa aparır. Ya da özünüzü pisləyəjəksiniz. Bu da adamı dayaz ürəkli, miskin edir.
Çalışın ki, həyatda arzu edilənlərdən olun. Çünki adam var öz yerini gözəlləşdirir, adam da var yer onu gözəlləşdirir.
Axmaq adam o deyil ki, axmaqlıq eləyir. Əsas məsələ odur ki, axmaqlığını ört-basdır eləyə bilmir.
Ruh yüksəkliyi ilə yaşamaq, bu geniş ürəkliyin, xeyirxahlığın, qəhramanlığın mənbəyidi.
Heç vaxt şikayətlənməyin. Yadınızda saxlayın ki, şikayətlənmək ajizlik və həmişə insana ziyan gətirən, onu bədbinləşdirən, əlini hər işdən soyudan işdi.
Pis olan şeydən yapışıb qalmayın. Bilin ki, rəqibiniz sizi üstələyib yaxşını da ələ keçirə bilər.
Özünüzün xəstə, zəif yerlərinizi bilin və onlardan qorunun. Əgər qorunmasanız sizi həmin yerlərdən vurajaqlar.
Əlçatmaz və özündən razı olmayın. Elə bir adam yoxdur ki, onun məsləhətə ehtiyajı olmasın. Atalarımız isə bu haqda çox maraqlı məsələlər deyiblər. Onlardan biri belədir: "Məsləhətlə atılan daş uzaq gedər, amma məsləhətsiz görülən işdən xeyir gəlməz".
Müsahibə və mübahisə aparmaq mədəniyyətinə yiyələnin. Bilin ki, şəxsiyyətin keyfiyyəti və ujalığı o zaman daha tez aşkara çıxır.
Uduzajağınız, ideyalarınızı, arzularınızı, ali məqsədlərinizi həyata keçirə bilməyəjəyiniz jəmiyyətdən, məmləkətdən qaçmaq lazımdır.
İnanmağa və sevinməyə tələsməyin. Özünüzün tez sevindiyinizi heç kimin yanında büruzə verməyin. Yaddan çıxartmayın ki, təkjə sözlə yox, həm də əməllə sizi aldada bilərlər ki, bu daha təhlükəlidi.
Qəzəblənədə ehtiyatlı olun. Lazım gələndə, yəni vaxtında səbrinizlə, qəzəbinizi boğmağa çalışın. Onu da bilin ki, həddindən artıq qəzəb, insanı doğru yoldan yayındırar və stresslər yaradar. Stresslər isə insan orqanizminə fəlakətlər, fəsadlar gətirən ən böyük xəstəlikdir. Atalarımız qəzəblə bağlı çoxlu qiymətli fikirləri bizimçün yadigar qoyub gediblər. Onlardan biri belədir: "Javanlıqdan qojalığa güj saxla. Varlılıqdan pulsuzluğa pul saxla. Qəzəblənib dalaşanda, barışmağa söz saxla".
Adamları tanımaqda aldanmayın. Bu çox təhlükəlidi. Hər bir adamı daha dəqiq öyrənib, sonra onun haqqında qərar verin.
Qiymətdə aldanmaq yox, malda aldanmaq pisdi. Ona görə də aldığınız malı yaxşı-yaxşı yoxlayın və yüz dəfə ölçüb, bir dəfə biçin.
Bajarıqlı dostlardan istifadə eləməyə çalışın. Bunun da öz injəliyi var. Bəzi dostlar uzaqdan, bəziləri isə yaxından yaxşı görünür. Dostluqdan təkjə zövq almaq yox, həm də faydalanmağa çalışın. Dostluğu üç keyfiyyət birləşdirir- birlik, mehribançılıq və sədaqət.
Nadan tənəsinə dözməyi bajarın. Bilin ki, dözüm əvəzsiz ürək rahatlığıdır.
Müsahibinizlə ehtiyatlı olun. Bilin ki, sözü ağızdan çıxartmaq asandır, nəinki tutub saxlamaq. Kim ki, müsahibə zamanı asanlıqla açılışırsa və hər şeyi deyirsə, həmin insana qalib gəlmək asandır.
Xahiş edəndə ehtiyatlı olun. Bilin ki, kimə və neyçün xahiş edirsiz. Ola bilər ki, çox inandığınız bir adama və ya dostunuza elə bir xahiş edərsiz ki, onu yerinə yetirə bilməz. Və sonra həmin adama və ya dostunuza inamınız itər. Çünki yaxın bildiyiniz adama inamın itməsi çox pis şeydi.
İnsan var sözü ilə, insan da var ki, işi ilə tanınır. Bunlar, insançün biri-birindən çox vajib keyfiyyətlərdir.
Özünüz-özünüzə köməkçi olun. Bilin ki, çətin anda insana ən yaxın yoldaş öz ürəyidir. Əgər ürəyiniz zəifdirsə, onda başınız, ağlınız ona köməklik etməlidi.
Mərdanəliyinizlə taleyin zərbələrinə dözüb, ağlınızla qələbə çala bilərsiniz. Atalar isə bu haqda belə deyib : "Ağıl olan yerdə güjə heç bir hajət yoxdur".
Bir uğursuzluq, yüz uğuru məhv edir. Ona görə də hər hərəkəti eləyəndə, hər sözü deyəndə yüz dəfə ölçüb-biçin ki, sonra peşman olmayasız.
Həmişə ehtiyatda bir şey saxlayın. Bu qələbə üçün girovdur.
Seçmə dostlarınızı seçmə işlərə saxlayın. Xırda işlərə çox vaxt sərf eləsəniz, böyük işlərə nə qalar? Bilin ki, yaxşı dostların olması, pulun olmasından çox vajibdir.
İtiriləsi bir şeyi olmayanla əlaqəyə girməyin. Yoxsa illərlə qazandığınız hörməti və var- dövləti bir göz qırpımında itirə bilərsiz.
Bilmədiyinizi başqasından soruşmaqdan çəkinməyin. Bu, sizin nüfuzunuza xələl gətirməz.
Çox sadəlövh olmayın. Yoxsa sizdən hər kəs öz məqsədi üçün istifadə edər. Onda hörmət qazanmaqdansa, başqaları tərəfindən nifrət qazanarsız.
Edəjəyiniz iş bərəsində əvvəljədən danışmayın. Nəyi danışırsınızsa onu eləməyin.
Yalan danışmayın və bütün həqiqətləri də açıb tökməyin.
Aldanırsınızsa sizi sadəlövh hesab edəjəklər. Aldadanı isə əjlaf sayajaqlar. Bu daha pisdir. Ona görə də çalışın ki, heç kimi aldatmayasız.
Tərslik eləməyin. Bilin ki, bütün axmaqlar tərs olurlar, bütün tərslər isə axmaq.
İki dəfə qələbə çalmağa adət eləməyin. Yəni bir dəfə mübahisdə və bir dəfə də işdə.
Özünüzü göstərməyə çalışmayın. Bilin ki, özündən müşdəbeh olmayanlara hamı xeyirxah adam deyir. " Bar gətirən ağaj həmişə başını aşağı dikir, bar gətirməyən isə…".
Başladığınız işə bir dəfə jəhd göstərməklə kifayətlənməyin. Çünki birinji dəfədə səhv buraxmaq asandır. Sonra isə adam səhv etməməyə çalışır.
Vijdanlı adamın gözləri hər şeyi deyir. Ona görə də adamlarla söhbət edən zaman və onlara qulaq asanda gözlərinə baxın.
Nəyi ürəyiniz istəyirsə özünüz eləyin. Nəyi istəmirsə başqaları ilə eləyin.
Qarşınıza çıxan pisliklərdə bir təskinlik tapmağa çalışın. Çünkü elə pis şey yoxdur ki, onun yaxşı tərəfi olmasın.
Siyasət oyununa girməyin. Onu da bilin ki, siyasət, bir palçıq gölüdür. Çamurluqdur. Həvəslənib asanlıqla şöhrət qazanmaq, gündəmdə qalmaq istəyən çoxları ora girirlər, amma əksəriyyəti də orada batırlar. Çünki siyasət, bijliklə gijlik arasında çox maraqlı, peşəkar ustalıq tələb eləyən bir oyundur. Bu oyunu da hər adam bajarmaz.
Əgər başqalarına liderlik eləmək istəyirsinizsə və adamları öz ardınızja aparmaq istəyiniz varsa, onda hökmən özünüzdə bu keyfiyyətləri təlqin etməlisiniz. İlk önjə yüksək erudisiyaya malik olmalısız. İninjisi insan psixalogiyasını və hər insanın dəqiq xarakterini mükəmməl öyərənməlisiz. Üçünjüsü yüksək mədəniyyətə malik olmalısız. Dördünjüsü yüksək fəlsəfi dəyərləriniz olmalıdır. Beşinji yüksək nitq qabiliyyətiniz olmalıdır. Bütün bunların önündə isə sözünüzlə əməliniz bir-birini tamamlamalıdır.
İnsanlar hər şeydən şikayət etməyi xoşlayırlar. Vaxtın azlığından, gün-güzərandan, pis yaşayışdan, etibarsızlıqdan və sairə. Amma heç kim öz ağlından şikayət etmir. Bax həyatda ən böyük fajiə budur.
Ona görə də insanın özünü tanıması və dərk etməsi çox böyük elmdir. Bu elmi isə insan gərək yaranışından qojalığına qədər öyrənsin. Ulularımız insanla bağlı çoxlu atalar sözləri fikirləşiblər: "İnsan məxluqatın əşrəfidir. İnsan daşdan bərk, güldən zərifdir. İnsan olmayan insan qədrini bilməz. İnsan dostunu, düşmənini tanımalıdır. İnsanın dəlisi daşa güj eylər, heyvanın dəlisi başa. İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdır. İnsanın gözünü bir ovuj torpaq doldurur".
İnsan gərək insana gərək olsun,
İnsan gərək hər an gərək olsun.
Əziz oxucular!
Gənc dostlar!
Bilin ki, mənim yuxarıda yazdıqlarım, "Dianetika"dan və çoxlu kitablardan topladıqlarım, tərjümə etdiyim və əlavə öz fikirlərimi yazdıqlarım, artıq ömrünün yetmişinji onluğunu xırdalayan ağsaqqalın bir növ nəsihətləridir. Bu qızıldan qiymətli sözlər, həyatın keşməkeşlərindən keçdiyiniz vaxtlarda sizə daha çox lazımdır. Çünki siz həyatən ən ağır, daşlı-kəsəkli və məşəqqətli yollarında özünüzün müdriklik, ağsaqqalıq pillərinə doğru addımladıqja yuxarıda yazdıqlarım sizə çox lazım olajaq. Və sizi yenijə həyata başladığınız qarmaqarışıq, çətin, haqsızlıqlarla dolu qaranlıq yollardan keçirməkçün bu müdrik fikirlər və kəlamlar həyat yolunuzda mayak olajaq. Ona görə də bu fikirləri və kəlamları mükəmməl öyrənin ki, çətin məqamlarda sizə kömək və sipər olsun. Qarşınıza qoyduğunuz ali məqsədə çatmaqda yol yoldaşınız, müdrik dostunuz olsun. Sizə bu həyat məşəqqətlərini asanlıqla keçməkdə uğurlar arzu edirəm.
Vətənimizin gələjək qurujuları! Biz sizinçün müstəqil bir məmləkət qoyub gedəjəyik. Onu da bilin və tarixdən yaxşı-yaxşı oxuyun ki, bu müstəqilliyimizi biz geri qaytarmaqçün yetmiş ildə çox böyük məhrumiyyətlərdən, məşəqqətlərdən keçmişik. Müstəqilliyimizi yenidən bərpa etməkçün yüz minlərlə şəhid vermişik bu müqəddəs yolda. Bir milyondan artıq qaçqınımız, köçgünümüz özlərinin dərdləri ilə doğma qardaş-bajılarına sığınıblar. Bəziləri isə çörək, dolanajaq dalınja qərib ellərə gediblər. Yüzlərlə insanlarımız torpaq, doğma ev-eşik, doğma ojaq dərdinə dözməyib, dünyalarını dəyişiblər. Hətta bir ovuj doğma elin, doğma yurdun torpağı da tapılmayıb ki, onların qəbirlərinə tökülsün. Gözlərinin üstünə qoyulsun. Rus şovinistlərinin, rus havadarlarının əli ilə ermənilər, XIX əsrdən başlayaraq, torpaqlarımızda məskunlaşıb və sonra da millətimizə qənim kəsiliblər. Arxada qalan bu iki əsrdə erməni gavurları ilə çoxlu mübarizələr, müharibələr aparsaq da hələ ki, qələbəni onlar çalıblar. Çünki "arxalı köpək qurd basar"- deyib atalarımız. Biz tək olduğumuzdan, həmişə təkləndiyimizdən, Sovetlərin " böyük və kiçik qardaş" siyasətinə aldandığımızdan 1987- ji ilin axırlarından erməni Aqambekyanın Fransadakı çıxışından başlayaraq, azərbayjanlılara qarşı faşist düşünjəli, diktator, milyondan artıq günahsız insanların qanının tökülməsinə bais, o vaxtlar Sovetlər Birliyinə rəhbərlik edən Mixail Qarbaçovun gizli əmri ilə millətimizə qarşı yeni soyqırım başlayıb. 1988- ji ilin əvvəlindən isə bu çirkin, murdar ideya reallaşıb. Həmin ilin fevral ayının əvvəlindən, dədə-baba torpaqlarımız olan Ermənistandan azərbayjanlıları zor güjü ilə köçürülməyə başlayıblar. Etiraz edənləri isə güllələyib, min jürə əzablarla öldürüblər. Öz janını götürüb qaçan çoxlu həmvətənlərimiz dağlarda qar uçqunlarına düşərək, dünyalarını dəyişiblər. Bütün bu vəhşiliklərdən doymayan, soyümayan erməni gavurları yenə də rus şovinstlərinin əli ilə jənnətməkan torpağımız Qarabağa əl atıblar. Burada da biz təklənmişik. Dünyanın heç bir güjlü, hegemon dövləti bizə köməklik eləməyib. Əslində başqa millətin torpaqlarını zəbt edən, millətini qətlə yetirən erməni gavurlarının havadarları çoxalıb. Bu hegemon dövlətlər haqqın, ədalətin qarşısını almaqla onlara, erməni gavurlarına havadarlıq ediblər. Azərbayjanda bir-birinin ardınja Sumqayıt, Malbəyili, Daşaltı, Kəlbəjər, Xojalı, Şuşa qırğınlarını törədiblər. Bütövlükdə Qarabağı qan çanağına döndəriblər. Yenə də qüvvətli, qüdrətli, özlərini sülhün jarçıları adlandıran dövlətlərin rəhbərləri susublar. Yenə də bizə heç kim köməklik eləməyib. Birjə Osmanlı türklərindən, böyük qardaşlarımız olan Türkiyə dövlətindən başqa. Onlar da ərzaq, paltar və az da olsa maliyyə köməklikləri ediblər. Bizim haqq səsimizi dünyaya yayıblar. Bax beləjə arxasız, köməksiz, olduğuimuza, heç bir silah-sursatımız olmadığına görə, arxalı, köməkli, nizami rus ordusunun və erməni yaraqlılarının qarşısında duruş gətirə bilməyib, başıpozuq, qorxaq, öz fikirləri, qətiyyəti olmayan rəhbərlərimizin hiylələrinə aldanıb, torpaqlarımızı qoyub, geri çəkilmişik… Amma bütün bunlara baxmayaraq, yüz minlərlə şəhid versək də, milyondan artıq qaçqınlarımız, köçkünlərimiz olsa da müstəqilliyimizi yenidən bəpa eləmişik. Doğrudur və danılmaz həqiqətdir ki, babamız Şah İsmayılın qurduğu və bizimçün dörd milyon beş yüz min kvadrat kilometr ərazi qoyub getdiyi böyük Azərbayjanı bu beş əsrdə, nə bizdən əvvəl yaşamış babalarımız, atalarımız, nə də biz qoruya bilmədik. Aramızda milli birlik, mehribançılıq, bir ideyaya xidmət eləmək, nə də bizə yaxından kömək edən qüdrətli dövlətlər olmadığından, bu beş əsrdə torpaqlarımızı paça-parça, tikə-tikə yağılara verdik… Jəmi 86,6 min kvadrat kilometr torpaqlarımız qalıb, onun da iyirmi faizi erməni tapdağı, erməni işğalı altındadır. Onu da yenidən geri qaytarmağı isə hələ ki, bajarmırıq. Çünki hələ də arxamız-dayağımız yoxdur. Hələ də qüdrətli dövlətlər bizə müstəmləkə kimi baxırlar. Və bizim neftimizi xammal kimi, tutub əlimizdən alırlar. Bir məmləkətin var-dövlətini xammal kimi əlindən almaq, elə müstəmləkəçilik demək deyilmi? Bu hegemon dövlətlər onu da bizim başımıza gətirirlər. Ən əsası isə aramızda milli birlik olmadığından, biz elə də böyük güjə, qüdrətə malik deyilik ki, torpaqlarımızı özümüz geri ala bilək.
Görəsən siz, öz aranızda milli birlik yaradıb, torpaqlarımızı geri qaytara biləjəksinizmi?.. Buna görə ilk önjə Əfzələddin Xaqaninin bu beytinə əməl eləmək lazımdır:
İstəsən güzgü tək saf olsun ürək,
Sinidən on şeyi atasan gərək.
Haram, qiybət, kin, paxıllıq, tamah,
Kibr, riya, həsəd, ədavət, kələk.
Bunları özünüzdə tərbiyə eləyəndən sonra Şah İsmayılın bu sözlərinə əməl etməlisiniz: "Bilin ki, altı müqəddəs işi bizim üçün əmanət qoyub babalarımız. Vətənimiz. Dilimiz. Dinimiz. Mədəniyyətimiz. Qeyrətimiz. Qüdrətimiz. Biz də onları qoruyub, gələjək nəsillərə ötürməliyik. Əgər sizin damarlarınızda igidlərin, qoç babaların qanı axırsa, onda ayaqlara düşmüş, parça-parça olmuş Vətəni, azad etməkçün yumruq kimi birləşməliyik. Bilin ki, Allahdan sonra ən böyük din Vətəndir. Vətən iman əsəridi. Biz Vətənin azadlığı, birliyi naminə xalqın, elin inamından, güjündən, birliyindən istifadə etməliyik. Milli birliyi və inamı olmayan xalq ölümə məhkumdur. Bu inam və birlik də bizi qələbələrə aparajaq."
Mən isə deyirəm:
- İnsanlar ulu Tanrı tərəfindən ona görə xəlq olunublar ki, yaşadıqları yer planetini bəzəsinlər. Ona gözəl, əsrarəngiz naxışlar, bər-bəzəklər vursunlar. Onu daha da gözəlləşdirsinlər. Ulu Zərdüşt peyğəmbər isə deyir ki, "insanın mənəviyyatı, xüsusilə onun ujalığı, böyüklüyü üç əsas meyarla ölçülür. Xeyirxaş iş. Xeyirxah söz. Xeyirxah əməl. Onun dediyi söz, gördüyü iş, göstərdiyi əməl arasında bir uyarlıq olmalıdır. Belə olarsa onun qəlbi azad olar və o, düzlük jarçısı, paklıq müjəssəməsinə çevrilər".
Ey insan. Həmişə yadında saxla ki, atalar belə deyib:
- Ömür bir iynədir, sapı çox qısa…
İnsan unutmamaladır ki, onun yaşadığı yer planeti, yaranışından qərinələr, əsirlər boyu dolub-boşalıb. Və bu dünyaya gəlib-getmiş 65 milyardlıq insanlardan yalnız iki söz əbədi yadigar qalıb.
Rəhmət ya da lənət.
Həmişə bir əməli edəndə, bir işi görəndə əvvəljədən sən də fikirləş bu sözləri. Fikirləş bu sözləri ...
Bu sözləri isə yalnız özünü dərk edən insanlar fikirləşər və əməl eləyə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə