Yeni 2026 Chevrolet Bolt-un ilk rəsmi fotoları dərc olunub…

Elektromobil 500 km məsafəni doldurmadan qət edə biləcək…

...Chevrolet Bolt elektrik avtomobili geri döndü. Modelin yeni nəsli daha müasir olacaq və enerji doldurmadan 500 km məsafə qət edə biləcək, lakin ucuz qalacaq.

SİA-nın məlumatına görə, 2026-cı il Chevrolet Bolt-un ilk rəsmi fotoları artıq ortaya çıxıb.

Onlar Amerika brendinin İnstaqram səhifəsində dərc edilib. Modelin təqdimatı bu ilin sonuna qədər baş tutmalıdır. Şəkildə 2026 Chevrolet Bolt-un ön və arxa hissələri göstərilir. Elektrokarın nazik LED faraları və arxa fənərləri, həmçinin qara parlaq dekorasiyası var.

Yeni Chevrolet Bolt yalnız kompakt krossover kimi satışa çıxarılacaq – hetçbek üçün heç bir plan yoxdur.

General Motors-un baş direktoru Meri Barra daha əvvəl 2026 Chevrolet Bolt-un başlanğıc qiymətinin 30.000 dollardan aşağı olacağını və Fairfaxdakı zavodda istehsal olunacağını bildirmişdi.

Chevrolet Bolt krossoveri hazırda General Motors konserninin əksər elektromobillərinin istifadə etdiyi müasir Ultium platformasında qurulacaq.

Modelin xüsusiyyətləri açıqlanmır, lakin Chevrolet Bolt 2026-nın diapazonunun artaraq təxminən 500 km-ə çatacağı məlumdur.

Fotoşəkildə sürətli şarj üçün NACS portu da görünür. Xatırladaq ki, Chevrolet Bolt-un istehsalı 2023-cü ildə dayandırılıb. Ailəyə elektrik hetçbek və krossover daxildir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə