Məşhur futbolçu ilk dəfə övladının ölümündən danışdı

"Bavariya”nın qapıçısı Sven Ulrayx bir neçə həftə əvvəl dünyasını dəyişən oğlu Lenin ölümü ilə bağlı açıqlama verib. SİA xəbər verir ki, o, həyat yoldaşı Liza birgə bəyanat yayıb: “Dərin kədər içində bu gün bildirmək istəyirik ki, oğlumuz Len uzun sürən ağır xəstəlikdən sonra bir neçə həftə əvvəl vəfat edib. Bu xəbəri ictimailəşdirmək qərarını qəbul etmək bizim üçün olduqca çətindir. Amma bir ailə olaraq bu addım bizim üçün vacibdir ki, vəziyyəti aydınlaşdıraq. Hazırda qızımızla birlikdə həyatımıza addım-addım qayıtmağa çalışırıq. Ailəmizə, dostlarımıza və ‘Bavariya’ klubuna son aylarda göstərdikləri qayğı və dəstəyə görə xüsusi təşəkkürümüzü bildiririk. Bu bizim üçün çox önəmlidir. İctimaiyyətdən və media nümayəndələrindən gizliliyimizə hörmətlə yanaşmağı və əlavə suallardan çəkinməyi xahiş edirik”.

Xatırladaq ki, Sven Ulrayx 2021-ci ilin yayında “Bavariya”ya qayıdıb. O, bundan əvvəl 2015–2020-ci illərdə də Münhen klubunun formasını geyinib. Ümumilikdə, alman qolkiper bu komandanın heyətində 103 oyun keçirib, 117 qol buraxıb və 34 görüşdə qapısını toxunulmaz saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə