Fikrin dağılmaması üçün nə etmək lazımdır?

Namaz qılan zaman diqqəti namaza yönəltmək, kənar məsələlər haqqında düşünməmək qılınan namazın savabını artırar. Müqəddəslərimiz namaza o qədər aludə olurdular ki, ətrafda baş verənləri sanki görmürdilər. Həzrət Əlinin (ə) ayağına batmış oxu namaz əsnasında dartıb çıxaranda o həzrət heç nə hiss etməmişdi.

Diqqəti namaza yönəltmək üçün namazda deyilən sözlərin (surə və zikrlərin, duaların) mənasını bilmək və bu barədə düşünmək faydalı olar. İnsan Allahın qarşısında durmağın, Onunla ünsiyyətdə olmağın məsuliyyətini dərk etməlidir. Çünki namaz möminin meracıdır, sanki Allahla söhbətidir. Namazın hikməti barədə kitablar oxumaq, Allahın böyüklüyü barədə düşünmək, bütün dünyəvi problemlərin Allah sevgisi qarşısında cılız olduğunu unutmamaq, bütün çətinlikləri Allaha təvəkküllə həll etməyin mümkünlüyünə inanmaq da bu baxımdan faydalıdır. Dualarınızda da diqqətinizin artmasını Allahdan istəyə bilərsiniz.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə