Leninin meyiti üçün 197 min dollar sərf edildi

SSRİ-nin qurucusu Vladimir İliç Leninin cənazəsinin qorunması üçün 2016-cı ildə federasiya büdcəsindən 197 min dollar pul ayrılıb. SİA xəbər verir ki, Rusiya Federasiyası Mühafizə Xidmətinin istəyi ilə cənazənin qorunması üçün görüləcək tibbi və bioloji işlər Rusiya Elm və Araşdırma İnstitutunun Dərman və Ətirli Bitkilər bölməsi tərəfindən aparılacaq.

Qeyd edək ki, Rusiya Liberal Demokratlar Partiyasının millət vəkili İvan Suxarev yanvar ayında Leninin cənzəsinin xristian adət-ənənələrinə əsasən basdırılmasını irəli sürmüşdü. Daha sonra isə prezident Putin çıxış edərək bildirmişdi ki, dünya işçi sinfinin lideri olan Lenini dəfn edərkən cəmiyyəti bölməmək adına diqqətli davranmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...