Qırğızıstanda Rus Coğrafiya Cəmiyyətinin (RGS) təşkil etdiyi ekspedisiya işləyir. Alimlər İssık-Kul gölündə yerləşən su basmış yaşayış məntəqəsini tədqiq etmək üçün sualtı dronlardan istifadə edirlər.
SİA rus saytlarına istinadən xəbər verir ki, ekspedisiyanın rəhbəri Maksim Menşikovun sözlərinə görə, sualtı dronlardan istifadə su altında çəkiliş və kəşfiyyat işlərinin aparılmasına imkan verir.
Bu məqsədlər üçün dalğıcları işə götürmək xeyli baha başa gələrdi. Biz abidəni qazmağa başlamazdan əvvəl onu öyrənməyə imkan verən üsullar hazırlamaq istəyirik.
Bu, bizi qazıntılar vasitəsilə məhv etmədən abidədən maksimum məlumat çıxarmağa imkan verən üsullar tapmağı öyrənməyə məcbur edir.
Biz hazırda bunun üzərində işləyirik. Rus Coğrafiya Cəmiyyətinin himayəsində olan mərhələlərdən biri isə çox maraqlı layihədir.
Moskva və Sankt-Peterburqdan olan texniki adamlarla birlikdə biz robotlardan sualtı işlərdə istifadə edirik ki, bu da sürəti artırmağa imkan verəcək.
Bunu rusiyalı alim deyib.
...Ekspedisiyaya tarixləri təyin etmək üçün ağac halqalarını təhlil edən dendroxronoloqlar daxildir. Alimin fikrincə, dendroxronologiya arxeologiyada ən dəqiq tarix müəyyənləşdirmə üsuludur. Ağacın öldüyü ili bilməklə, obyektlərin tikilmə tarixini müəyyən edə bilərik.
Landşaft və insanlar arasındakı qarşılıqlı əlaqəni öyrənmək üçün ekspedisiyaya paleosesmoloqlar da daxildir.
X-XIII əsrlərə aid su basmış yaşayış məskəni Toru-Ayğır kəndi ərazisində, sahildən bir kilometr aralıda, təxminən 5 metr dərinlikdə yerləşir.
Uzunluğu təqribən 5 km, eni isə 1 km-dir. Pyotr Semenov-Tyan-Şanskinin yubileyinə həsr olunmuş RGS ekspedisiyası bu qədim şəhərin yoxa çıxmasının səbəblərini öyrənmək üçün İssık-Kula gəlib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə