...Bu dövr iqlim sisteminin qeyri-sabitliyi və qlobal təbii fəlakətlər qarşısında ehtiyatlı olmağın zəruriliyi barədə xəbərdarlıq ola bilər.
SİA-nın məlumatına görə, Harvard Universitetinin mütəxəssisləri tərəfindən aparılan təhlil eramızın 536-cı ili bəşər tarixində ən çətin dövr olduğunu göstərib.
Demək olar ki, bütün Avropa və Asiyanın bəzi hissələri il yarım ərzində qaranlığa qərq olub, temperaturun az qala 2,5 dərəcə aşağı düşməsinə səbəb olub. Günəş işığı o qədər zəif olub ki, təbiətə və insan həyatına dağıdıcı təsir göstərib..
Bu il son iki minilliyin ən soyuq ili kimi tanınıb. Nəticədə genişmiqyaslı təbii fəlakətlər, aclıq və xəstəliklərin yayılması başlayıb.
İqlim dəyişikliyinə dair əlavə dəlilləri Roma İmperiyasının şərq hissəsini vuran vəbaların və qida çatışmazlığının qeydlərində tapmaq olar.
539-cu ildə İslandiyada güclü vulkan püskürmələri baş verib ki, bu da 540 və 547-ci illərdə qeydə alınmış atmosferdə kül səviyyəsinin artmasına səbəb olub.
Tədqiqatçılar qeyd edirlər ki, bu hadisələrin ardınca çoxsaylı insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələlər, həmçinin daşqınlar və epidemiyaların alovlanması böhranı daha da pisləşdirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə