Kleopatranın bacısına aid ola biləcək kəllə sümüyü tədqiq edilib

...Alimlər Türkiyədə Kleopatranın ögey bacısının kəllə sümüyünün sensasion kəşfini təkzib ediblər.

Avstriyanın Vyana Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu təxminən 100 il əvvəl indiki Türkiyə ərazisində Efes xarabalıqlarında tapılan kəllə sümüyünü tədqiq ediblər.

Uzun müddətdir ki, qalıqların məşhur Misir kraliçası Kleopatranın ögey bacısı IV Arsinoeyə aid ola biləcəyinə inanılırdı.

SİA-nın məlumatına görə, tədqiqat Scientific Reports (SciRep) elmi jurnalında dərc olunub.

1929-cu ildə avstriyalı arxeoloqlar səkkizbucaqlı kimi tanınan tikilidə qazıntılar apararkən içərisində naməlum adamın skeletinin tam olduğu sarkofaq aşkar etdilər. Lakin dəfndə əhəmiyyətli dəfn əşyaları yox idi.

Tədqiqatçılar kəlləni Vyanaya gətirdilər, lakin bir neçə onilliklər ərzində onun kimliyini müəyyən edə bilməyiblər. 1990-cı illərdə IV Arsinoe ilə əlaqə versiyası ortaya çıxıb. Tarixi məlumatlara görə, o, bacısının sevgilisi Mark Antoninin əmri ilə eramızdan əvvəl 41-ci ildə Efesdə edam edilib.

Alimlər qrupu yeni araşdırmada kəllənin IV Arsinoeyə aid olmadığını təsdiqləyib.

Mikrokompüter tomoqrafiyası, kütləvi spektrometriya və genetik analizlərin nəticələri sarkofaqda 11-14 yaşlı yeniyetmənin olduğunu göstərib.

O, kəllə sümüyünün deformasiyalarında özünü göstərən inkişaf qüsurları var idi.

Bu gəncin kimliyi naməlum olaraq qalır. Arxeoloqlar vurğulayırlar ki, onların kəşfi IV Arsinoe qalıqlarının axtarışı üçün yeni imkanlar açır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə