Suçiçəyi və qızılcanın kliniki əlamətləri BUNLARDIR - HƏKİM AÇIQLADI

"Suçiçəyi kəskin infeksion xəstəlik olub hava, damcı yolu ilə yayılır və viruslar tərəfindən törədilən bir infeksion xəstəlikdir. Xəstəliyə daha çox soyuq aylarda rast gəlinir. Viruslar kəməzləyici dəmir olan virusu ilə eynidir, xarici mühitə davamsızdır". Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, xəstəliyə çox vaxt uşaq yaşlarında rast gəlinir və təkrar yoluxma nadir hallarda mümkün olur: "Xəstəliyin gizli dövrü 10-21 gün, orta hesabla 14 gün də götürülür. Axırıncı səpkidən 5 gün sonra xəstəliyin yoluxuculuğu itir".

Xəstəliyin kliniki əlamətləri nədir?

"Bütün infeksion xəstəliklərdə olduğu kimi dövrlü olur, kataral əlamətlərlə başlaya bilər, ümumi zəiflik, halsızlıq, temperaturun yüksəlməsi, boğaz nahiyəsində ağrı, bəzən temperaturun yüksəlməsi ilə səpkilərin əmələ gəlməsi, eyni zamanda da, baş verə bilər. Belə ki, səpkilər əvvəlcə üz nahiyəsində, burun ətraflarında, qulağın arxa tərəflərində, boynun arxasında əmələ gəlir sonra isə aşağıya doğru yayılaraq gövdə nahiyəsində, ətraflarda müşahidə olunur".

Suçiçəyi səpkiləri çox vaxt qaşınma ilə müşahidə olunur. Kiçik makvo populyar səpkilər olur və tez-tez vezukleyə çevrilir və bu səpkilərdə polimorfizm də müşahidə olunur. Bəziləri, suluğa keçmədən birbaşa qabıqlaşır. Həmin səpkilər girdə və ya uzunsov ola bilər, əsasən səthi parıldayır, içərisində möhtəviyyat olur. Möhtəviyyat şəffaf olur. Səpkilər əsasən qırmızı haşiyə ilə əhatə olunmuş olur və suluqlar birkameralı olur və deşildikdə tamamilə boşalır.

Suluqlar 2-3 gün ərzində quruyur, tünd qəhvəyi rəngli yastı qabıqlar əmələ gətirir və bir, üç həftə ərzində qopurlar. Bu iki elementlər dərinin selikli qişalarında, başın tüklü hissəsində də müşahidə oluna bilər. Səpkilər artdıqca temperatur da artır və intaksikasiya əlamətləri daha çox güclənir.

Suçiçəyi diaqnozunun qoyulması o qədər də çətinlik törətmir. Belə ki, xəstəliyin kliniki gedişi, səpgilərin forması diaqnozun qoyulmasına yardım göstərir. Əgər xəstəlik aşkar edilibsə ilk növbədə həkimə xəbər verilməlidir. Kiçik yaşlı uşaqdırsa və ya məktəblidirsə mütləq təcrid olunmalıdır. Xəstə olan otağın havası tez-tez dəyişdirilməlidir. Dezinfeksiyaedici maddələrin heç bir əhəmiyyəti yoxdur.

Bəzən el arasında yüngül hesab olunan suçiçəyi xəstəliyi ağırlaşmalar da verə bilir. Belə ki, bu ağırlaşmalara loringit, irinli ağırlaşmalara abses, pleqmona, sepsis kimi ağırlaşmalar müşahidə oluna bilər. Lakin bəzi hallarda isə mininqoensafalut, artrit miokardid kimi ağırlaşmalara da təsadüf olunur.

Suçiçəyi xəstəliyinin müalicəsində əgər ağırlaşma yoxdursa, ilk növbədə təmizliyi gözləmək lazımdır ki, ikincili infeksiya qoşulmasın. İlk növbədə səpkilərin quruması üçün tədbirlər görülməlidir, ağızın selikli qişalarında yaralar olduğu üçün mütləq vaxtaşırı yaxalamaq lazımdır.

Kəskin infeksion xəstəlik olub o da hava damcı yolu ilə yayılır. Mərhələli gedişə malik olub gözlərin iltihabı yüksək temperatur və səpkilərlə xarakterizə olunan infeksion xəstəlikdir. Törədici ancaq insandan insana keçə bilir, yayılması çox yüksəkdir, 95-96 faiz təşkil edir.

Qızılca xəstəliyi də dövrlü gedişə malik olur. Xəstəliyin klinikasında 4 dövr ayırd edilir. Bunlardan 1-ci dövr inkubasiya dövrüdür, yəni bu dövr gizli dövr, 17 gün bəzən 21 günə qədər davam edə bilər. 2-ci dövr kataral dövrdür, kataral dövrdə quru, davamlı öskürək, burun tutulması, temperaturun yüksəlməsi, ağız və udlağın selikli qişasında qızartı əlamətləri, gözün selikli qişasında qızarma, şişmə kimi əlamətlər meydana çıxır. 3-cü dövr səpkinin əmələ gəlmə dövrüdür ki, bu da əsasən 4-cü, 5-ci gündən başlayır və bu dövrdə intaksikasiya yəni kataral əlamətlər maksimuma çatır, yəni, baş ağrısı, qusma, temperaturun 39 dərəcəyə qədər yüksəlməsi kimi əlamətlər olur. Səpkilər ilk elementlərini burnun üstündə, qulaq arxasında olur. Birinci gün üz, boyun, çiyin, döş qəfəsinin yuxarı hissəsində və ikinci gündən gövdəyə yayılır, üçüncü gün isə aşağı və yuxarı ətraflarda olur. Yəni, qızılca xəstəliyi mərhələli səpkili gedişi ilə digər infeksion xəstəliklərdən fərqlənir.

Səpkilər çəhrayı kiçik ləkə və ya papula şəklində olur. Onlar əvvəlcə kiçik olur, sonra böyüyərək bütün bədənə yayılır, göz qapaqları şişir, ödəmləşir, gözün içərisi qızarmış olur.

4-cü dövr piqmentasiya dövrüdür ki, bu dövrdə səpkilər mərhələli başlayaraq solmağa başlayır və kataral əlamətlər nisbətən azalır.

Suçiçəyində olduğu kimi qızılcada da ağırlaşmalar müşahidə oluna bilər. Bunlara aiddir pnevmaniya, bronxit, plevrit, insefalit, göz almasında konyuktivit, otit və s. Əgər xəstəlik aşkar olunubsa, mütləq həkimə müraciət olunmalı və müalicə həkim nəzarəti altında aparılmalıdır.

Qızılca əleyhinə peyvəndlər 1 yaşında, bir də 6 yaşında vurulur. Əgər xəstələnən şəxsin peyvəndi varsa bu zaman xəstəlik nisbətən yüngül keçir. Əgər xəstələnən şəxslə kiçik yaşlı uşaq təmasda olubsa mütləq 72 saat müddətində profilaktik olaraq ona peyvənd vurulmalıdır. Yoluxucu xəstəliklərin sağalma müddəti vardır. Əgər xəstəliyin gedişi nisbətən yüngüldürsə, xəstə evdə müalicə alırsa yenə də mütləq həkim nəzarəti altında olmalıdır. Xəstəliyin tez sağalması üçün pəhriz rejiminə, yataq rejiminə əməl etməlidir. Əgər xəstədə suçiçəyinin səpki elementləri varsa 2-ci infeksiyanın profilaktikası məqsədi ilə mütləq təmizliyə kəskin riayət etməlidir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə