Koronavirusu 48 saat ərzində məhv edir? “IVERMECTIN” nədir?

Çinin Wuhan şəhərində heyvan bazarından yayılmağa başlayan koronavirus artıq bütün dünyada 1,5 milyon nəfərə yaxın insanı əhatə edib. Pandemiyanın qarşısının alınması istiqamətində həm Ümüdünya Səhiyyə Təşkilatı, həm də Avropa ölkələrinin laboratoriyalarında vaksinin hazırlanması istiqamətində işlərin aparılmasına baxmayaraq, son dəqiqələrdə Avstraliyada 48 saat içində koronavirusu yox edən dərmanın tapıldığı açıqlandı. “İvermectin” adlı həbin virusu yox etdiyi bildirildi. Bəs görəsən “IVERMECTIN” nədir, ondan hansı xəstəliklər zamanı istifadə olunur?

Avstraliyalı alimlər anti-parazit həb olan “Ivermectin”in laboratoriya şəraitində 48 saat ərzində COVİD-19 virusunu öldürdüyünü açıqladılar. Avstraliyanın Melburn şəhərindəki Monash Universitetinin tədqiqatçıların apardıqları testlərə görə, “İvermectin”in dozası koronavirusun hüceyrələr içərisində inkişafına mane olur.

Universitetin Biokimya Kəşf İnstitutunun rəhbəri Dr. Kylie Wagstaff bildirib ki, aparılan təcrübələr zamanı həbin bir dozasının (İvermektin) 24 saat ərzində COVİD-19-un viruslarını əhəmiyyətli dərəcədə azaltdığını və bunun nəticəsində infeksiyanın 48 saat ərzində tamamilə aradan qaldırdığı müəyyən edilib.

Mütəxəssis söyləyib ki, hazırda bütün dünyada yayılmış koronavirusa qarşı tam təsirli dərman tapılmayıb: “Lakin bu dərman artıq dünyanın bir çox ölkəsində mövcud olduğu üçün hesab edirəm ki, ondan istifadə etməklə xstələrə kömək etmək mümkündür. Lakin virusun tam aradan qalxması üçün COVİD-19-a qarşı peyvənd tələb olunur”.

Qeyd olunub ki, “Ivermectin” ümumiyyətlə bir çox parazit infeksiyasının müalicəsində istifadə edilən, həmçinin itləri parazitlərdən qoruyan dərmandır. Bu xəstəliklərə baş bitləri, qaşınma, strongiloidiasis, tricuriasis, ascariasis və limfa filariasis kimi xəstəliklər daxildir. Ondan daxilə və ya dəriyə tətbiq etməklə istifadə etmək olar. Bundan əlavə, həbdən AİDS (HİV virusu), qrip, qızdırma və digər xəstəliklərin müalicəsində istifadə olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...