Şəkərli diabetin inkişaf riski qan qrupundan asılıdır Qadınlarda

Fransa alimlərinin yeni tədqiqatlarına görə, ikinci tip şəkərli diabetin inkişafı qan qrupundan asılıdır. Rusiya KİV-i xəbər verir ki, ekspertlər bu nəticəyə gəlmək üçün 80 mindən artıq insan haqqında məlumatları təhlil ediblər.

Məlum olub ki, I qan qrupu olan qadınlar şəkərli diabet xəstəliyinin inkişafına daha az məruz qalırlar. II qan qrupu olan qadınların 10 faizindən çoxunda xəstəliyə meyillilik olub. III və IV qan qrupları olan qadınların isə müvafiq olaraq 21 və 17 faizində diabetə meyillilik yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə