Bursada baş verən yanğında səkkizi azyaşlı olmaqla doqquz nəfər ölüb

Bursada baş verən yanğında səkkizi azyaşlı olmaqla doqquz nəfər ölüb

Türkiyənin Bursa vilayətində baş verən yanğın nəticəsində ilkin məlunata əsasən doqquz nəfər ölüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın şəhərin Yıldırım rayonunda yerləşən üçmərtəbəli yaşayış binasında meydana gəlib.

Hadisə ilə bağlı Bursa valisi Yakup Canbolat açıqlama verib.

Bildirilib ki, yanğın binanın orta mərtəbəsində suriyalı bir ailənin yaşadığı mənzildə baş verib. İlkin məlumata əsasən, doqquz nəfər ölüb. Bir ailənin fərdi olduqları ehtimal edilən bu şəxslərdən səkkizi azyaşlı, biri isə qadındır. Qadının uşaqların anası olduğu ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə