İnternetdə “Poliqon” gecə klubunu yandırmaqda şübhəli bilinən Kostroma sakini Stanislav İonkinin saxlanmasını əks etdirən video yayılıb.
SİA-nın əldə etdiyi məlumata görə, videonu Mash Telegram kanalı yayıb.
Videogörüntülərdə hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayır, saxlama proseduru çərçivəsində onun soyadını, adını və atasının adını soruşurlar.
Həmin şəxs təhlükəsizlik qüvvələrini ona qarşı güc tətbiq etməməyə çağırır və təslim olmağa hazır olduğunu bəyan edir. Bundan əlavə, o, olanları da etiraf edir.
İonkinin, təkcə onu varmamalarını təvəqqe edir və hər şeyi etiraf edəcəyini deyir.
Telekanalın məlumatına görə, noyabrın 4-dən 5-nə keçən gecə o, həyat yoldaşına telefonla zəng edərək onunla hər şeyin qaydasında olduğunu deyib.
Səhər isə yenidən onunla əlaqə saxlayıb və gecə klubunda insanların ölümü ilə bağlı işdə saxlanıldığını bildirib.
Qeyd edək ki, polis “Poliqon”a cavabdeh olan şirkətin direktorunu da saxlayıb.
Maraqlıdır ki, o da gecə klubunda baş verən yanğın hadisəsində şübhəli şəxs qismində dindiriləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB