Kostromadakı “Poliqon” gecə klubunda baş verən yanğın zamanı 15 yox, 13 nəfər həlak olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Kostroma vilayəti üzrə rəhbərinin müavini Aleksey Qrekov deyib.
Qeyd edək ki, bu arada “112” Telegram kanalı da 13 nəfərin öldüyünü bildirib.
Xatırladaq ki, daha əvvəl yanğında 15 nəfərin öldüyü bildirilirdi.
Kostromada şənbə günü gecə vilayət dumasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü, əslən Yardımlı rayonunun Ostayır kəndində doğulan Azərbaycanlı İxtiyar Mirzəyevə məxsus “Polyqon” gecə klubu yanıb.
Faktla bağlı rayonun İstintaq Komitəsi ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi açıb.
Hadisənin kafeyə gələn 4 nəfər naməlum şəxs tərəfindən törədildiyi ehtimal olunur. Hazırda bütün bunlar rayon prokurorluğu tərəfindən araşdırılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB