Kürdəmirdə iki avtomobil toqquşub

Kürdəmirdə iki avtomobil toqquşub

Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

SİA-nın məlumatına görə, hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə rayon sakinləri 27 yaşlı Rəsulov Zülfüqar Mətləb oğlu və Səmədli Novruz Əmirxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə