Köhnə Tbilisidə ikimərtəbəli ev uçub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli media xəbər verir.
Hadisə Xarpuhi küçəsində, kükürd hamamları ərazisindən bir qədər aralıda baş verib.
İlkin məlumata görə, çökmə nəticəsində xəsarət alan olmayıb. Ərazidə qazın veriliməsi müvəqqəti olaraq dayandırılıb. “Sputnik Gürcüstan” xəbər verir ki, hazırda hadisə yerində polis, xilasedicilər və təcili yardım maşınları işləyir.
İlkin ehtimallara görə, dağılmaya səbəb tikinti qaydalarının pozulması ola bilər. Qeyd edək ki, uçan ikimərtəbəlinin yanında yeni tikilinin bünövrəsini qazıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB