Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb - FOTOLAR
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Qaçayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 320 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində analoji cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən daha 3 nəfər - Hacıqabul rayon sakini Şəhriyar Əsədov, Bakı şəhər sakinləri Əli Əlizadə və Sahim Hümbətov da saxlanılıblar. Həmin şəxslərin üzərində keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə narkotik vasitə olan heroin aşkarlanıb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB