Bu arada polis Rostov vilayətində 12 yaşlı qızın qətlində əli olan şəxsi müəyyənləşdirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Telegram-kanalında məlumat verilib.
...Qısa müddətdə görülən tədbirlərlə Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin əməkdaşları Rostov polis idarəsinin əməliyyatçıları ilə birlikdə cinayətin subyektini müəyyən edərək saxlayıblar.
Şöbədən o da əlavə edilib ki, bütün materiallar Rusiya İstintaq Komitəsinin Rostov vilayəti üzrə SU-ya verilib.
Bundan əvvəl media onun uzaq qohumunun Ust-Donetsk vilayətində 12 yaşlı qızın qətlində əli olmaqda şübhəli bilindiyini yazmışdı. Mənbələrin məlumatına görə, şübhəlinin 12 yaşı var, o, eyni Terexovski fermasında yaşayırmış.
Xatırladaq ki, oktyabrın 25-də Terexovski fermasında çoxsaylı bıçaq xəsarətləri və kəllə-beyin travması olan 12 yaşlı qızın meyiti tapılmışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB