Suqovuşana icazəsiz daxil olmağa çalışan rayon sakini saxlanılıb
Suqovuşan qəsəbəsi ərazisindəki nəzarət postunda rayon sakini F.Daşdəmirov müvafiq icazəsi olmadan qəsəbə ərazisinə daxil olmağa cəhd göstərdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, DİN-in Mətbuat xidməti xəbər verir ki, o, Tərtər Rayon Polis Şöbəsinə gətirilib və mülki qaydada axtarışda olduğu da müəyyən edilib.
F.Daşdəmirov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə cərimə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB