Gəncə şəhərində 3 həyətyanı sahədən su sayğacı, su mühərriki və müxtəlif inşaat materialları oğurlanıb. SİA-nın Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən yerli sakin A.Məmmədov saxlanılıb.
Qeyd edək ki, A.Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB