Avtobus piyada keçidində qadını vurub

Avtobus piyada keçidində qadını vurub

Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. SİA xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Hətəmova Əsmər Ənvər piyada keçidi ilə yolun əks tərəfinə keçmək istəyərkən BakuBus MMC-yə məxsus 14-nömrəli marşut xətti ilə hərəkətdə olan sərnişin avtobusu onu vurub.

Yaralı ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Qeyd edək ki, avtobusda sərnişin olmayıb.

Hadisə zamanı sürücü avtobusu depoya aparırmış.

Bütün xəbərlər Facebook səhifəmizdə