Gəncədə avtomobil 70 yaşlı qadını vuraraq öldürüb

Gəncədə avtomobil 70 yaşlı qadını vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Sevda Məmmədovanı vurub. 70 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanda ölüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə