Qısqanc ər arvadına...atəş açıb

Qısqanc ər arvadına...atəş açıb

Orenburq vilayətində kişi həmkarlarının gözü qarşısında arvadını güllələyib və... dərhal intihara cəhd edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Baza” xəbər verir.

Qeyd edək ki, hadisə Rusiya-Qazaxıstan sərhədindən bir qədər aralıda, İzobilnoye kəndində baş verib.

Qısqanclıq zəminində 36 yaşlı sərhədçi arvadını avtomatdan güllələyib, o, aldığı xəsarətdən yerindəcə keçinib. Bundan sonra kişi intihara cəhd edib, amma...ölməsə də hazırda xəstəxanaya yerləşdirilib və həkimlər sərhədçinin həyatı üçün mübarizə aparırlar.

Faktla bağlı hərbi-istintaq prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Deyilənə görə, mərhumun üç övladı qalıb.

Qeyd edək ki, bundan əvvəl Sverdlovsk vilayətində sərxoş kişinin qısqanclıq zəminində həyat yoldaşını öldürdüyü və izini örtməyə çalışdığı bildirilirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə