İşğaldan azad olunmuş ərazilərdə ötən ay 747 mina aşkar olunub

İşğaldan azad olunmuş ərazilərdə ötən ay 747 mina aşkar olunub

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə ötən ay aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1 695, tank əleyhinə 747 mina və 1 1 363 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 4 064, 06 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə