Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-21011" ilə “Ford” markalı yük avtomobili toqquşub. Qəza zamanı “Jiquli”də olanlar - 24 yaşlı Elgün Əhmədov və 23 yaşlı Elvin Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Hadisədə yük maşının sürücüsü xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB