Türkiyənin Osmaniyə vilayətində 5,1 bal gücündə zəlzələ olub

Türkiyənin Osmaniyə vilayətində 5,1 bal gücündə zəlzələ olub

Türkiyənin Osmaniyə vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) bildirilib.

Məlumata əsasən, yerli vaxtla saat 18:48-də meydana gələn yeraltı təkanların episentri Osmaniyənin Düziçi rayonu, ocağı isə yerin yeddi kilometr dərinliyindədir.

Yeraltı təkanlar ölkənin Adana, Qaziantep və Hatay vilayətlərində də hiss edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə