"Ağdamda daha bir nəfərin minaya düşməsi müəyyən edilib" - Baş Prokurorluq
Xəbər verildiyi kimi, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfərin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, araşdırma zamanı daha bir şəxsin- 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.
Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin xəsarət alanların olmaması müəyyən edilib.
Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB