Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Kolumbiyalı peşəkar boksçu Luis Kinyunes vəfat edib. SİA-nın məlumatına görə, 25 yaşlı idmançı venesuelalı Xose Munyosa qarşı döyüşdə aldığı xəsarətlərdən sonra dünyasını dəyişib.

Munyos reytinq qarşılaşmasının 8-ci raundunda nokautla qalib gəlib. Kinyunes rinqi xərəkdə tərk etməli olub. Kəllə-beyin travması səbəbindən əməliyyat olunan boksçu süni komaya salınmışdı.

Qeyd edək ki, Luis Kinyunes peşəkar karyerasına 2018-ci ildə başlayıb. İdmançının 10 qələbəsi və 1 məğlubiyyəti var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə