TƏBİB Tərtərdə minaya düşən şəxslər barəsində məlumat yayıb

Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib: “Hər ikisi xəstəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çox saylı qəlpə yaraları diaqnozu ilə daxil olub.

Hazırda hər iki pasiyent əməliyyatdadır.

Onlardan birinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə