Partlayışda xəsarət alan şəxs öldü - EKSKLUZİV AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 26 sentyabr səhər saatlarında Göygöl rayonunun Toğanlı kəndində partlayış olub. Partlayış zamanı 1948-ci il təvəllüdlü Taryel Hüseynov bədənin çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

SİA hadisə ilə bağlı yaralının yaxını ilə əlaqə saxlayıb və bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən T.Hüseynov bu gün vəfat edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə