Metroda işıqlar sönüb? - QURUM RƏSMİSİ AÇIQLADI

Bu gün Bakı Metropolitenində işıqların sönməsi ilə bağlı məlumat redaksiyamıza daxil olub.

Məsələni araşdırmaq üçün “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. SİA-nın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “Bakı Metropoliteni”ndə gərginlik olub və qısa zaman ərzində işıqlar sönüb: “Bir dəqiqədən az müddətdə baş verən qısaqapanma dərhal aradan qaldırılıb”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə