Tütün məmulatının qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb
Gömrükçülər tərəfindən xeyli miqdarda tütün məmulatının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SİA-ya bildirilib ki, Culfa dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə, Naxçıvan Muxtar Respublikası ərazisinə gələn 99-GN-233 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi əsaslı şübhələr olduğundan gömrük yoxlamasına cəlb edilib. Nəqliyyat vasitəsinin kabinəsinin yoxlanması zamanı yataq yerinin altında xüsusi qaydada hazırlanmış gizli saxlanc yerindən 14 min ədəd aksiz markası olmayan siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB