Minik avtomobili aşıb, xəsarət alanlar var

Minik avtomobili aşıb, xəsarət alanlar var

Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində avtomobili aşıb. SİA-nın Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə