Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.
Piyada, Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Malik Qardaşəli oğlu Qasımovu “VAZ-2106” markalı avtomobil vurub. Piyada hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB