Udmurt Respublikasının paytaxtı İjevskdə lak və boya istehsalı müəssisəsinin binası yanır.
SİA xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “RİA Novosti”yə verilən məlumata görə, istehsalat binasında yanğının sahəsi 5 min kvadratmetri keçib.
Həmçinin 1 min kvadratmetr sahədə dam örtüyü də qismən uçub.
Verilən xəbərlərə görə, binanın dam örtüyü və ikinci mərtəbəsi yanır.
O da deyilir ki, hazırda yanğının söndürülməsinə 100-ə yaxın canlı qüvvə və 30-a yaxın texnika cəlb olunub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB