Azad edilən ərazilərdə 200-dən artıq mina aşkarlanıb

Azad edilən ərazilərdə 200-dən artıq mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.

ANAMA-dan SİA-ya verilən məlumata görə, sentyabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 58, tank əleyhinə 143 mina və 98 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 563 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə